Assembler proqramlaşdırma dili

Faylın yaradılması

Faylın yaradılması

21h kəsilməsinin 3ch funksiyası yeni faylı yaradır və açır. DX registrinə verilmiş fayl üçün ASCİİZ sətrinini ünvanı yazılmalıdır. CX registrində faylın xüsusi atributları (bu atribut ilə faylın, sistem, arxiv və ya gizli olduğu təyin edilir) göstərilir. Məsələn, əgər sıfırıncı bit 1-ə bərabər olarsa, onda fayldan yalnız oxumaq, əgər birinci bit 1-ə bərabər olarsa, fayla gizli və ya gizlədilmiş fayl olur. Əgər ikinci bit 1-ə bərabər olarsa, onda fayl sistem faylı olur. Adi fayllar üçün bu atribut CX=0 ilə təyin olur. Əgər bu adla fayl artıq mövcuddursa, onda həmin fayl silinir və yenisi yaradılır. Əgər fayl müvəffəqiyyətlə yaradılarsa, onda köçürmə bayrağına sıfır (CX=0) və AX registrinə isə fayla verilən nömrə yazılır. Əks halda yaradılma zamanı səhv baş veribsə, onda köçürmə bayrağına vahid (CF=1) və AX registrinə isə səhvin kodu yazılır. Məsələn:

F1    DB  ‘A:\DATE\A1.ASM’,0
       ...
         MOV  AH, 3CH  ; faylın yaradılması funksiyası
MOV  AL, 2
MOV  CX, 0    ; faylın atributları
LEA   DX, F1   ; faylın yolunun DX-ə yüklənməsi
INT   21H
JC     EROR
MOV   handle, AX  ; faylın nömrəsinin saxlanması
...
EROR: ...