Assembler proqramlaşdırma dili

Faylların açılması

Faylların açılması

21h kəsilməsinin 3dh funksiyası yaradılmış faylı (əvvəlcədən yaradılan) açır. Bu əməliyyatdan əvvəl DX registrinə faylın yolunun ünvanı yerləşdirilməlidir. Bütün sətrin uzunluğu 63 baytdan çox ola bilməz (bura axırıncı ‘0’ da daxildir).

Müraciət üsulunun kodu AL registrinə yerləşdirilməlidir. Bu kod aşağıdakı qiymətləri ala bilər.

0 – fayl oxumaq üçün açdıqda.

1 – fayl yazmaq üçün açdıqda.

2– fayl yazmaq və oxumaq üçün açdıqda.

Bu funksiya icra olduqdan sonra AX registrinə faylın 16 mərtəbəli nömrəsi yazılır. Fayl göstəricisi faylın başlanğıcında dayanır. Yazının uzunluğu 1 bayt qəbul olunur. Faylın açılması müvəffəqiyyətlə başa çatarsa, funksiyadan qayıtdıqda köçürmə bayrağı sıfır (CF=0) qiyməti alır.

Əgər fayl açılarkən səhv baş veribsə, onda köçürmə bayrağına vahid (CF=1) və AX registrinə isə fayla verilən nömrə yazılır. Məsələn:

Path DB ‘A:\VERI\NN.PAS’, 0
MOV  AH, 3DH
MOV  AL, 2
LEA   DX, Path
INT    21H
JC eror 
MOV   handle, AX 
...
 eror:     ...

Bu fraqmentdə A disketindəki VERİ direktoriyasındakı NN.PAS faylı həm oxumaq, həm də yazmaq üçün açılmışdır. Fayl açıldıqdan sonra, sonrakı istifadə üçün onun nömrəsi handle yaddaş xanasında saxlanılır.