Assembler proqramlaşdırma dili

Fayllarla işin təşkili

Fayllarla işin təşkili

Yuxarıda dediyimiz kimi əməliyyat sistemində fayllarla işləmək üçün iki üsuldan istifadə edilir:

1. Faylı idarəedən blok (-File Control Blok).

2. Fayl deskriptoru.

FCB üsulunda yalnız aktiv direktoriyalardakı fayllara müraciət etmək olar. Deskriptor üsulundan daha çox istifadə edilir. Çünki deskriptor üsulunda hansı direktoriyanın aktiv olmasından asılı olmayaraq ixtiyari direktoriyaya müraciət etmək mümkündür. FCB üsulunun da üstün cəhəti ondadır ki, bu üsul ilə fayllara birbaşa müraciət etmək daha sadədir.

Fayllarla iş onların açılması ilə başlayır. Faylı açarkən əməliyyat sistemi tərəfindən istifadə edilən xüsusi verilənlər sahəsinə fayl haqqında məlumat (faylın adı, ölçüsü və s.) yazılır. FCB üsulunda MS DOS avtomatik olaraq həmin sahəni yaradır. Sonra MS DOS 16 mərtəbəli faylın kod nömrəsini yaradır. Həmin kod daha sonra faylı açıq faylların içərisində tapmaq üçün istifadə edilir.

İndi isə deskriptor üsulu ilə faylların işlənməsinə baxaq. Bu əməliyyatlarda ASCİİZ sətrdən istifadə edilir