Assembler proqramlaşdırma dili

Hesab əmrləri

Hesab əmrləri

Hesab əmrləri iki tip tam ədədlərlə işləyir:

1. İşarəli və ya işarəsiz tam ikilik ədədlər;

2. Tam onluq ədədlər.

Sabit nöqtəli tam ikilik ədədin ölçüsü 8, 16 və ya 32 bit ola bilər. İşarəli ədədin işarəsi uyğun olaraq 7-ci, 15-ci və ya 31 –ci mərtəbələrdə (bunlara işarə mərtəbəsi deyilir) qeyd olunur. Qeyd edək ki, hesab əmrlərindən yalnız IMUL və IDIV əmrləri, həqiqətən, böyük işarə mərtəbəsini nəzərə alır.

Sabit nöqtəli tam ədədlər DB, DW və DD direktivləri ilə təsvir olunur.

İkilik ədədin qiymətinin dəyişmə diapazonu aşağıdakı cədvəldə göstərilmişdir:

İkilik ədədlər ardıcıllığının verilənlər seqmentində təsvirinin listinqi aşağıda göstərilmişdir:

.DATA
per_1 DB 23
per_2 DW 254
per_3 DD 9875645

Tam onluq ədədlər isə xüsusi təsvir üsuluna malikdir. Bunlar yığcam və ya qeyri-yığcam ikilik-onluq kodla təsvir olunan (BCD–Binary-Coded Decimal) ədədlərdir. Tam onluq ədədləri formatından asılı olaraq bir baytda bir rəqəm (qeyri-yığcam) və ya bir baytda iki rəqəm (yığcam) saxlanılmaqla ardıcıl baytlarda təsvir edə bilərik. Bu səbəbdən də, mikroprosessor BCD-ədədi yaddaşda yığcam və qeyri-yığcam formatda saxlayır.

Proqramda ikilik-onluq ədədin təsviri üçün yalnız iki - DB və DT direktivlərindən istifadə olunur. Məsələn: verilənlər seqmentində ikilik-onluq ədədlər aşağıdakı kimi təsvir olunur:

.DATA
per_1 DB 2,3,4,6,8,2
per_3 DT 9875645

Onların yaddaşda yerləşdirilməsinin listinqi aşağıdakı kimidir.