Assembler proqramlaşdırma dili

İdentifikatorlar

İdentifikatorlar

İdentifikatorlar – proqramın müəyyən obyektlərini, məsələn, əmrin kodunu, dəyişənin və nişanın adını işarə etmək üçün istifadə olunan simvollar ardıcıllığıdır. İdentifikatorlar bir və ya bir neçə simvoldan ibarət ola bilər. İdentifikatorlarda latın əlifbasının hərflərindən, rəqəmlərdən və _, ?, $, @ xüsusi işarələrindən istifadə oluna bilər. İdentifikatorlar rəqəmlə başlaya bilməz. İdentifikatorun maksimal uzunluğu 255 simvoldan çox ola bilməz, ancaq, translyator onların yalnız birinci 32 simvolunu qəbul edir və qalanları inkar olunur. İdentifikatorun uzunluğunu əmrlər sətrində /mv parametrindən istifadə etməklə tənzimləmək olar. Bundan başqa translyatora böyük və kiçik hərflərlə yazılmış identifikatorları fərqləndirmək və ya onu inkar etməyə imkan verən vasitələr də mövcuddur (susmaya görə onlar arasında fərq yoxdur). Bunun üçün əmrlər sətrində /mu, /ml, /mx parametrlərindən istifadə etmək olar.