Assembler proqramlaşdırma dili

İdentifikatorların təyini direktivlərı

İdentifikatorların təyini direktivlərı

İdentifikatorları təyin edən direktivlər iki yerə bölünürlər:

1. <ad> EQU <mətn> və ya

<ad> EQU <ədədi ifadə>

2. <ad>= <ədədi ifadə>

Bu direktivlər ifadələrə şərti adlar verməyə ikan verir. İfadə kimi 16-lıq sabit, ünvan göstəricisi, digər şərti ad, əmrin nişanı və sairə götürülə bilər. Birinci və ikinci yazılışlar bir-birindən aşağıdakı kimi fərqlənirlər.

1) EQU təyinatından fərqli olaraq “=” işarəsi ilə təyin olunmuş identifikator yenidən təyin edilə bilər. EQU ilə isə təyin etmək olmaz.

2) EQU direktivində ədədi və mətni ifadədən, “=”

direktivində isə yalnız ədədi ifadədən istifadə edilə bilər.

Ədədi ifadələrdə +, -, *, / hesab əməliyyatlarından istifadə edilə bilər.

Məsələn:

 

F1   EQU  EBX    ;  EBX registri F1 adına 
                               ; mənsub etdirilir 
F2   EQU 366        ; konstanta ad verilir
F3   EQU 3 *F2     ; ədədi ifadəyə ad verilir
F4=366                   ; konstanta ad verilir 
F5=93                     ; konstanta ad verilir
F6=F5 – 12            ; ədədi ifadəyə ad verilir
AD  EQU ‘mətn sətri’
 Table EQU  DS:[BP][SI]
AS   EQU ‘Assembler’