Assembler proqramlaşdırma dili

İstifadəçi registləri

İstifadəçi registləri

Proqramçı proqram yazarkən bu registrlərdən istifadə etdiyi üçün, onlar istifadəçi registrləri adlanır. Bu registrlərə aşağıdakılar daxildir:

- 8 ədəd 32 mərtəbəli registrlər. Bu registrlərdən proqramçı verilənləri və ünvanları saxlamaq üçün istifadə edə bilər (onlara ümumi təyinatlı registrlər(ÜTR) də deyirlər). Bunlar eax/ax/ah/al, ebx/bx/bh/bl, edx/dx/dh/dl, ecx/cx/ch/cl, ebp/bp, esi/si, edi/di, esp/sp registrləridir;

- 6 ədəd seqment registrləri; cs, ds, ss, es, fs, gs;

- 32 mərtəbəli vəziyyət və idarə registrləri; eflags/ flags bayraqlar registri və eip/ip əmr göstəricisi registri;

- səkkiz ədəd 80 mərtəbəli: st (0), st (1), st (2), st (3), st (4), st (5), st (6), st (7) həmprosessor registrləri (bu qrupa daxil olan registrlərdən sürüşkən nöqtəli tip verilənlərdən istifadə etməklə proqram tərtib edildikdə istifadə olunur);

- səkkiz ədəd 64 mərtəbəli MMX ( MultiMedia eXtention) genişlənməli tam ədədlər registrləri: MMX0, MMX1, MMX2, MMX3, MMX4, MMX5, MMX6, MMX7;

- səkkiz ədəd 128 mərtəbəli MMX genişlənməli sürüşkən nöqtəli ədədlər registrləri: XMM0, XMM1, XMM2, XMM3, XMM4, XMM5, XMM6, XMM7 registrlər daxildir.

Göründüyü kimi bu registrlərin bir çoxu maili xətlə yazılıb. Bunlardan birinci 32 mərtəbəli böyük registrdir. Onlardan proqramda ayrıca obyekt kimi istifadə etmək olar. Bu cür təşkil Intel firmasının i8086 mikroprosesso­rundan başlayaraq kiçik 16 mərtəbəli modellər üçün yazılmış proqramların işləməsinə imkan yaradır. I486 və Pentium mikroprosessorları əsasən 32 mərtəbəli registrlərə malikdir. Onların sayı seqment registrləri müstəsinə olmaqla i8086 mikroprosessorunda olan registrlərin sayı ilə eyni, ancaq ölçüsü böyükdür. Onun ölçüsü işarələmdə E (Extended) önşəkilçisi ilə fəriqlənir. İndi isə istifadəçi registrlərinin tərkibi və təyinatı ilə ətraflı tanış olaq.