Assembler proqramlaşdırma dili

Mikroprosessorun proqram modeli

Mikroprosessorun proqram modeli

Ümumiyyətlə, sistem proqramı tərtib edən istifadəçilər bilməlidirlər ki, onlar kompüterin hansı ehtiyyatlarından istifadə edə bilərlər. Bu hissələrə kompüterin proqram model hissələri deyilir. Proqram model hissələrinin bir hissəsi, proqramçı tərəfindən istifadə edilə bilən 32 registrdir.

Yuxarda göstərilən registrlərin 16-sı istifadəçi, 16-sı isə sistem registerləri adlanırlar.

Bir çox registerlərin özlərinin funksional təyinatları var. İstifadəçi registrləri, proqramlaşdırma zamanı istifadə oluna bilən registrlərdir və onlar ümumi təyinatlı registrlər adlanır. Bu registrlərdən proqramda verilənləri və ünvanları saxlamaq üçün istifadə oluna bilər. İstifadəçi registlərindən EFLAGS bayraqlar registrini və EIP əmrlər göstəricisi re­gistrini, xüsusilə, qeyd etmək lazımdır. EFLAGS bay­raqlar registri, sonuncu maşın əmrinin icrasından sonra, mikroprosessorun vəziyyətini əks etdirir. EIP əmrlər gös­təricisi registri icra olunacaq növbəti maşın əmrinin ünvanını özündə saxlayır.

Spesifik xüsusiyyətlərinə görə istifadəçinin sistem re­gistrlərinə müraciət etməsi məhduddur.