Assembler proqramlaşdırma dili

Registrlərin təsnifatı

Registrlərin təsnifatı

Registrlər– fiziki olaraq prosessorun daxilində yerləşən xüsusi yaddaş sahəsidir. Registrlərdən istifadə əməliyyat­larların yerinə yetrilmə sürətini artırır. Əməli yaddaş sa­həsindən fərqli olaraq onlara müraciət ünvana görə deyil, onların adlarına görə aparılır.

Registrləri aşağıdakı qruplara bölmək olar:

1. Əsas funksional registrlər:

- ümumi təyinatlı registrlər (ÜTR);

- əmr göstəricisi;

- bayraqlar registri;

- seqment registrləri.

2. Ədədi verilənləri emal edən prossorun registrləri:

-verilənlər registrləri;

-teqlər registrləri;

-vəziyyət registrləri.

-FPU sürüşkən nöqtəli verilənləri və əmrləri emal edən registrlər;

-FPU-nun idarə registrləri;

3. Sistem registrləri:

-MP-nin idarə registrləri;

-sistem ünvanları registrləri.

4. Sazlama və testləmə registrləri.

1-ci və 2-ci qrup registrlər tətbiqi proqramların icrasında, 3-cü və 4-cü qrup registrlər isə proqrmların sazlanmasında və MP-nin testlənməsi zamanı istifadə edilir.