Assembler proqramlaşdırma dili

Registrli və bilavasitə ünvanlaşdırma

Registrli və bilavasitə ünvanlaşdırma

Ünvanlaşdırma rejimindən ən sürətlisi registrli və bilavasitə ünvanllaşdırma rejimidir (çünkü bu regimdə yaddaş xanalarına müraciət olunmur). Registrli ünvanlaşdırma rejimində hər iki operand ümumi təyinatlı registrlərdə yerləşir. Məsələn:

MOV AXBX

Burada AX –qəbuledici, BX –isə mənbə registrini təyin edir. Bu əmrin icrasından sonra BX registrinin məzmunu oxunaraq AX registrinin məzmunu dəyişir. BX registrinin məzmunu isə dəyişməz qalır. Göründüyü kimi hər iki operand registrdə yerləşdiyi üçün nə seqment registrindən, nə də yaddaş xanasından istifadə olunur.

Bilavasitə ünvanlaşdırma rejimində 8, 16 və 32 –lik sabitin qiymətindən istifadə olunur (mənbə əmrin özündə yerləşdiyindən burada da yaddaş xanasından istifadə edilmir). Məsələn:

MOV AX500

MOV BX-30

Belə yükləmə zamanı operand 16 –lıq sabit olarsa, yüklənən ədəd tamamlayıcı kodda yüklənir. Bilavasitə ünvanlaşmada operand identifikator ola bilər. Bu zaman identifikator bu əmrə qədər ‘EQU’ və ya ‘=’ bərabərlik direktivləri ilə təyin olunmalıdır. Məsələn:

EQU 25

MOV AXK

Əgər operand kiçik olarsa, artıq qalan bitlər işarə mərtəbəsinin qiyməti ilə doldurulur.