Assembler proqramlaşdırma dili

Seqmentləşmiş yaddaşı idarə edən registrlər

Seqmentləşmiş yaddaşı idarə edən registrlər

Bu registrlərə sistem ünvanları registrləri də deyilir. Seqmentləşmiş yaddaşı idarə edən 4 registr, verilənlərin strukturunu təyin edir. Bu registrlərdən istifadə edərək MP mühafizə rejimində seqmentlərə və cədvəllərə istinad et­məklə, yaddaş sahələrinə müraciəti təşkilr edir. Seqment­lərin və cədvəllərin ünvanları xüsusi ünvanlarda və sistem ünvanları registrlərində saxlanılır. Onlar mühafizə rejimində iki yerə bölünür:

1. Qlobal ünvanlar fəzası–bütün məsələlər üçün ümumidir;

2. Lokal ünvanlar fəzası–hər məsələ üçün ayrıdır.

Belə bölünmə MP–nin arxitekturasında aşağıdakı sistem registrlərinin olması ilə əlaqədardır.

GDTR və IDTR sistem ünvanları, TR və LDTR isə sistem seqmentləri registrləridir. Bu registrlərin strukturu aşağıdakı kimidir:

GDTR qlobal, IDTR isə kəsilmələr deskriptorları cədvəllərinin göstəricilərini saxlayan registrlərdir. Bu registrlərdə uyğun cədvəllərin 32 mərtəbəli baza ünvanı və 16 mərtəbəli sürüşmə saxlanılır.

LDTR registri – lokal deskriptorlar cədvəlinin 16 mərtəbəli selektorunu özündə saxlayır. Bu selektor lokal deskriptorlar cədvəli sayılan LTD –nin seqmentini təsvir edən, GDT–də olan göstəricidir.

TR – məsələnin vəziyyət registri, TSS (Task Segment Status) seqmentinə müraciət üçün 16 mərtəbəli selektoru özündə saxlayırMP başqa məsələnin həllinə keçərkən TSS-də cari məsələnin vəziyyəti saxlanılır.

Bu registrlərin hər biri proqram vasitəsilə dəyişdirilməsi mümkün olmayan seqment deskriptorları registrləri ilə əlaqədardır.