Assembler proqramlaşdırma dili

Sürüşdürmə əməliyyatları

Sürüşdürmə əməliyyatları

11.2. Sürüşdürmə əməliyyatları

Sürüşdürmə əməliyyatları əməliyyatda göstərilən qiymət-i, ifadə-nin qiyməti sayda mərtəbələr qədər sola və sağa sürüşdürür və yazılış formatları aşağıdakı kimidir:

Qiymət SHL ifadə

Qiymət SHR ifadə

Bu əməliyyatlar, veriləni ifadənin verilmiş qiymətinə bərabər bit qədər sola (SHL) və ya sağa (SHR) sürüşdürür. Əməliyyat zamanı boşalan bitlər sıfrlarla doldurulur.

Misallar:

a) mask_b EQU 10111011b

10111011b ədədini mask_b adına mənimsədir.

MOV al, mask_b shr 3

mask_b qiymətini 3 bit sağa sürüşdürür. Sürüşdürmədən sonra al = 00010111b olacaq

b) mask_b EQU 00110010b

mask_left EQU mask_b shL 2

Sürüşdürmədən sonra mask_left = 11001000b olacaq

<< Əvvəlki addım

<< Menyu >>

Növbəti addım >>