Menu

Daxil olun Qeydiyyat

Assembler proqramlaşdırma dili

Sürüşdürmə əmrləri

Sürüşdürmə əmrləri

Bütün sürüşdürmə əmrləri eyni struktura malikdir və aşağıdakı kimi yazılır:

ƏK qəbuledici, sayğac

Bu əmrlər 8, 16, 32-bitlik registrlərin və ya yaddaş xanasının məzmununu bir və ya bir neçə mərtəbə sağa və ya sola sürüşdürür. Sürüşdürüləcək mərtəbələrin sayı sayğacda göstərilir. O, ədədlə və ya CL registrinin məzmunu ilə göstərilə bilər. Sayğacın qiyməti 31-dən böyük ola bilməz. Əgər bu qiymət 31-dən böyük olarsa, onda onun beş kiçik mərtəbəsindən istifadə olunacaq. Pentium modelindən başlayaraq, bütün mikroprosessorların əmrlər sisteminə 64 mərtəbə sürüşdürmə apara bilən əlavə əmrlər daxil edilib.

Qeyd edək ki, 8086 prosessorunda, sayğac üçün bilavasitə ədəd kimi, yalnız 1 ədədi verilə bilər və CL registrindən istifadə etdikdə isə yalnız birinci kiçik 5 bitin qiyməti deyil, bütün bitlərin qiyməti nəzərə alınır. Artıq 80186 prosessorundan başlayaraq, bu əmrlər konkret formaya malikdir.

İş prinsipinə görə sürüşdürmə əmrlərini iki qrupa bölmək olar:

-xətti sürüşdürmə əmrləri;

-dövrü sürüşdürmə əmrləri.


Bizi dəstəkləyənlər