Assembler proqramlaşdırma dili

Ünvanlaşdırma rejimləri

Ünvanlaşdırma rejimləri

Bildiyimiz kimi assembler əmrlərində istifadə edilən operandlar registrlərdə, əmrin özündə, yaddaşda və ya giriş-çıxış portlarında ola bilər. Buna uyğun olaraq MP–də müxtəlif ünvanlaşdırma rejimləri vardır. MP–də 25-dən çox ünvanlaşdırma rejimlərindən istifadə edilir. Ünvanlaşdırma rejimlərini aşağıdakı kimi qruplaşdırmaq olar:

1. Registrli ünvanlaşdırma;

2. Bilavasitə ünvanlaşdırma;

3. Birbaşa ünvanlaşdırma;

4. Doaryı rejistrli ünvanlaşdırma;

5. Bazaya görə sürüşdürməklə ünvanlaşdırma;

6. İndeksləşdirməklə birbaşa ünvanlaşdırma;

7. Bazaya görə indeksləşdirilmiş ünvanlaşdırma;

8. Miqyasdırılmış dolayı ünvanlaşdırma

9. Bazaya görə miqyaslama və indeksləməklə ünvanlaşdırma.

Mikroprosessrorun özü əmrin operandını analiz edərək rejimlərdən birini seçir.

Ünvanlaşdırma zamanı aşağıdakıları nəzərə almaq lazımdır:

1. Bazaya görə indeksləşdirilmiş ünvanlaşdırmada sürüşmə iştirak etməyə də bilər.

2. Operand registr kimi 8, 16 və ya 32 bitlik ixtiyari ÜTR–lər götürülə bilər (EİP – dən başqa).

3. Operand verilən kimi 8, 16 və ya 32 bitlik sabitlərin qiyməti götürülə bilər.

Sürüşmənin qiyməti kimi 8, 16 və ya 32 bitlik işarəli və ya işarəsiz sabit götürülə bilər.

4. Steq yaddaşa müraciət etdikdə aydındır ki, SP registrindən steqin zirvəsinin ünvanının gstəricisi kimi istifadə etmək lazımdır.

5. Sətrlər üzərində əməliyyatlar apararkən  indeks göstərici registrindən istifadə etdikdə, operandın ünvanı DS seqment registrinə görə deyil, ES əlavə seqment registrinə görə təyin ediləcək.