Assembler proqramlaşdırma dili

Xarici göstərişlərin direktivləri

Xarici göstərişlərin direktivləri

Bu direktivlər başqa proqram modullarında yerləşən verilənlərdən istifadə etməyə imkan verir. Əgər hər hansı bir verilənə bu proqram ilə eyni vaxtda yüklənən bütün proqram modullarından müraciət olunmasını istəyiriksə onda onu Public direktivində aşağıdakı kimi təyin etməliyik:

Public < ad > [ ,... ]

Burada ad – dəyişənin adı, nişan və ya EQU direktivləri ilə təyin edilmiş identifikatordur.

Bu proqram ilə eyni vaxtda yüklənmiş bütün proqram modullarında Public direktivlərində təyin edilmiş verilənlərə müraciət üçün onlar Extrn direktivində aşağıdakı kimi təyin edilməlidirlər:

Extrn <ad> : tip [ ,... ]

Burada ad - başqa proqram modulunda Public direktivi ilə təyin olunmuş identifikatordur.

tip- aşağıdakı kimi təyin olunur:

1. Əgər <ad> verilənlər seqmentində və ya əlavə verilənlər seqmentində təyin edilmiş identifikatordırsa onda <tip> BYTE, WORD, DWORD, PWORD, FWORD, QWORD və TBYTE– dən biri kimi təyin edilə bilər.

2. Əgər <ad> prosedurun adı isə onda <tip> NEAR və ya FAR atributlarından bir ilə təyin oluna bilər.

3. Əgər <ad> EQU və ya ‘ = ’ ilə təyin olunmuş sabitin adıdırsa, onda <tip> ABS kimi təyin olunur.

Məsələn:

 

PUBLİC A
... 
A DB 5

 

kimi təyin olunubsa, onda başqa kod seqmentində onu

EXTRN A:BYTE

kimi elan etməliyik.

İNCLUDE <fayl> direktivi translyasiya zamanı <fayl> ilə təyin edilən proqramın mətnini verilən proqramın mətninə İNCLUDE direktivi dayanan yerdən birləşdirir. Məsələn:

İNCLUDEa:\f1.asm

göstərişi imkan verir ki, Assembler proqramının mətninə İNCLUDE direktivi dayandığı yerdən f1.asm adlı faylının mətnini birləşdirsin.