BIOS

BIOS Features Setup

BIOS Features Setup

BIOS Features Setup



CPU Internal Core Speed - Bəzi ana platalarda prosessorun sürəti görünür. (233MHz, 300MHz kimi). Yeni Abit, Chaintech kimi ana platalarda bu, bir seçim olaraq verilmişdir və prosessor sürətini BIOS proqramından nizamlamanıza icazə verir.
Virus Warning - Bu seçim Boot virusları üçün gözəl vasitədir.
CPU Internal Cache - Çox istifadə edilən bəzi məlumatlar müəyyən müddətlik sürətli operativ yaddaşda tutula bilər. Beləliklə, bəzi əməliyyatlar daha sürətli həyata keçirilir.
BIOS Update - BIOS yeniləmə modulunun prosessora lazımlı məlumatları çatdırmasını təmin edir. Enabled mövqeyində olmalıdır.
Quick Power On Self Test - POST əməliyyatının 4 dəfə yerinə (bəzi PC-lərdə 3 dəfə) bir dəfə edilməsini təmin edir.
Boot Sequence - PC-niz açıldıqda, BIOS-un əməliyyat sistemi üçün öncə hansı driver-ə baxması lazım olduğunu bildirir.
Gate A20 Option - Bu seçim sistemin 1 MB-dan çox genişlənmiş yaddaşı (Extended memory) necə istifadə edəcəyi ilə əlaqədardır.
Security Option - Sisteminizə və BIOS Setup-dakı nizamlara başqalarının girə bilməməsi üçün BIOS Setup-dan şifrə qoya bilərsiniz.