BIOS

BIOS haqqında

BIOS haqqında

Kompüterinizdə hansı əməliyyat sistemi yüklənmiş olursa-olsun, arxa planda işləməkdə olan daha bir əməliyyat sistemi var. Mavi ekran vermədən, cihaz drayveri istəmədən işini yerinə yetirən bu əməliyyat sistemi BIOS adlanır. BIOS-a sahib olduğunuzda, sisteminizi nizama salmaq, ya da yaranan problemi aradan qaldırmaq üçün edə biləcəklərinizin sayı da artır.
BIOS-un açılışı Basic Input/Output System, yəni Əsas Giriş/Çıxış Sistemidir. Əslində BIOS bir proqramdır, amma kompüterimizə yükləyib işlətdiyimiz digər proqramlardan, yerləşdiyi yer və funksiyaları baxımından fərqlənir.
BIOS sisteminizin ayrılmaz bir parçasıdır, sisteminizi bağlasanız da, diskinizi formatlasanız da, BIOS silinmir. Bunun səbəbi də, BIOS-un diskdə deyil, ana plata üzərində, tam oxuna bilən bir ROM yaddaş qurğusunda qeyddə olmasıdır.
BIOS proqramı digər proqramlarınızdan fərqli olaraq, istəsəniz imtina edə biləcəyiniz bir proqram deyil, sistem işlədiyi anda işə başlayan, sistemin əsas bir hissəsidir. Əlavə olaraq, BIOS tam olaraq sisteminizə görə nizamlanmış bir proqramdır, bu səbəblə də, hər ana platanın BIOS-u özünə məxsusdur.
Ən yeni, ən müasir fərdi kompüterlərdəki BIOS-lar belə, əslində çox köhnə proqramlardır. BIOS-un nüvə funksiyaları 1981-ci ildə çıxan IBM PC-yə əsaslanır və bu funksiyalar, sisteminiz nə qədər yeni olursa-olsun, dəyişmir.