Menu

Daxil olun Qeydiyyat

BIOS

Standart CMOS Setup

Standart CMOS Setup

Əsas menyudan bu bölməyə girəndə, əsas sistem nizamları və sistem saatı ilə əlaqədar seçimlərlə qarşılaşacaqsınız. Bunların funksiyaları aşağıda təqdim edilmişdir.
Date/Time - Sistem saatını və tarixini buradan nizamlaya bilərsiniz.
Sərt Disklər - BIOS və ana platalar 4 IDE driver (sərt disk və ya CD-ROM) dəstəkləyir. IDE disketlərinizin nizamlarını "Hard Disks" adlı bu bölmədə görə bilərsiniz.
Disk Driver-lər - Bu bölmədən disket driver-inizin tipini seçəcəksiniz. Bir disket driver-iniz varsa, bunu 1.44M, 3.5 olaraq seçə bilərsiniz. Digər disket driver-i (Drive B) isə "Not Installed" (Qurulmamış) olaraq buraxılır.
Halt-On - POST, yəni BIOS-un həyata keçirdiyi təchizat testləri əsnasında bir təchizat səhvi ilə qarşılaşılsa, sistem dayanır. Halt-On seçimi ilə bəzi səhvlərin diqqətə alınmamasını, POST əməliyyatının davam edərək, sistemin açılmasını söyləyə bilərsiniz. Bu seçimlər aşağıdakı kimidir:
• No errors POST - heç bir səhvdə dayanmır.
• All errors BIOS - bir səhv təsbit etdiyində dayanır və sizə bu səhvi düzəltməyiniz üçün xəbərdarlıq edir.
• All, But Keyboard - POST klaviatura səhvləri xaricindəki səhvlərdə dayanır.
• All, But Disket - POST disket driver səhvləri xaricindəki səhvlərdə dayanır.
• All, But disk/Key - POST klaviatura və disket driver səhvləri xaricindəki səhvlərdə dayanır.
Yaddaş Məlumatları - Bu sahədəki məlumatlarda dəyişiklik edə bilməzsiniz. Burada ənənəvi (base), genişləndirilmiş (extended) və digər yaddaş tutumları haqqında məlumat iştirak edir.
 


Bizi dəstəkləyənlər