C#

Visual C# - Dəyişənlər

Visual C# - Dəyişənlər



Bu dərsimizdə C#-da istifadə olunan dəyişənlərdən bəhs edəcəyik.

C#-da iki tip dəyişən vardır:
1) Dəyər tipli dəyişənlər. (Value type)
2) Referans tipli dəyişənlər (Reference type)

Dəyər tipli dəyişənlər:

C# Adı CTS Qarşılığı Şərh Max və Min aralıq qiyməti
sbyte System.Byte 8 bit işarəli tam ədəd -128 : 127
short System.Int16 16 bit işarəli tam ədəd -32.768 : 32.767
int System.Int32 32 bit işarəli tam ədəd -2.147.483.648 : 2.147.483.647
long System.Int64 32 bit işarəli tam ədəd -9.223.372.036.854.775.808 : -9.223.372.036.854.775.807
byte System.Byte 8 bit işarəsiz tam ədəd 0,177083333
ushort System.UInt16 16 bit işarəsiz tam ədəd 0 : 65.535
uint System.UInt32 32 bit işarəsiz tam ədəd 0 : 4.294.967.295
ulong System.UInt64 64 bit işarəsiz tam ədəd 0 : 18.446.744.073.709.551.615
float System.Single 32 bit sürüşkən nöqtəli +ya da - 1,5*10-45 : + ya da - 3,4*1038
double Sytem.Double 64 bit sürüşkən nöqtəli +ya da - 5*10-324 : + ya da - 1,7*10308
decimal System.Decimal 128 bit sürüşkən nöqtəli +ya da - 1,5*10-28 : + ya da - 7,9*1028
bool System.Boolean Məntiqi dəyişən true ya da false
char System.Char Hərf-rəqəm tipli dəyişən 16 Unicode simvolları


Referans tipləri:
1) Object - C#-da bütün obyektlər bu dəyişən altında saxlanılıb.
2) String - Unicode simvollarından ibarət mətn (string) məlumatları bu dəyişənə mənimsədilir. C#-da string deyilərkən, mətn nəzərdə tutulur.
 

C# Adı CTS Qarşılığı Şərh
object System.Object Bütün dəyişən tiplərinin törədiyi mənbə
string System.String Unicode simvollarından ibarət dəyişən


Dəyişənlər yaddaşda (RAM) olan məlumatlardır. Bir dəyişəni istifadə etdiyimiz zaman, o dəyişənin yaddaşda olan yerdəki məlumatını istifadə etmiş olarıq.
Dəyər tipli dəyişənlərlə referans tipli dəyişənlərin əsas fərqi, dəyər tipli dəyişənlərin məlumatı birbaşa olaraq yaddaşdan almasıdır. Referans tipli dəyişənlər isə, başqa bir obyekti referans - istinad alırlar. Yəni referans tiplər bilavasitə məlumatı deyil, məlumatın istinadını yaddaşda tutur.

C#-da dəyişənlər aşağıdakı kimi yazılır:


// [dəyişənin tipi] [dəyişənin adı]
// Məsələn:
int reqem;
bool mentiqi = false;
double b=2.45;
string = "Bu, bir mətndir"; // Buahh, yaxşı görüm, dedim bəs rəqəmdir. (:

Bu arada C#-da tək sətirlik şərh yazmaq üçün ardıcıl iki slash-dən (//) istifadə olunur. Slash-lər şərhin əvvəlində gəlməlidir. Şərhlər proqram tərəfindən oxunmur, sadəcə proqram yazan şəxsin asan işləməsi üçün yaradılıb.
C#-da bir çox proqramlaşdırma dillərindən fərqli olaraq, dəyişənin tipini vermək məcburidir. Yazdığımız dəyişən üçün də bir dəyər mənimsədilməlidir (əgər qlobal olaraq tanımlanmayıbsa), çünki əgər bu dəyişən üçün CSharp özü default (susmaya görə) qiymət fikirləşməyibsə, deməli, biz mütləq verməliyik. Bir çoxları bu özəllikləri sevməz, amma məncə bütün bunlar CSharp-ın yaxşı tərəfləridir.


static void Main(string[] args)
{
 int yas;
 //yas = 21;
 Console.WriteLine(yas);
}

Nəzərə alsaq ki, şərhlər arasındakı yazılar proqram tərəfindən hesaba alınmır, onda bu qənaətə gələ bilərik ki, yuxarıdakı proqram hissəsi xəta verəcək. Çünki yuxarıda yazdım ki, CSharp-da dəyişən tanımladıqsa, ona mütləq ilkin dəyərini verməliyik.

String
Yalnız mətn tipli məlumat qəbul edir. Bu cür yazılır.


string ad="Elşən";
// Mütləq qoşa dırnaq işarəsi qoyulmalıdır.

Const - Sabit


// Sabit dəyişənlər yazmaq üçün istifadə olunur.
const double PI = 3.14;

Bool
Məntiqi dəyər qəbul edir. Nəzərə alaq ki, iki tip məntiqi dəyərin varlığı mümkündür. Doğru və Yanlış - müvafiq olaraq True və False


bool mentiq=true;
bool mentiq2 = false;