C++

Qeydlər

Qeydlər

Oxucular üçün:

Bu buraxılışda əsasən sintaktik səhvlərin aradan qaldırılması və bəzi yerlərdə proqram kodunun və izahın əlavə olunmasına üstünlük verdik.

Çox istərdik ki, Obyekt yönümlü proqramlaşdırmanın Varislik və Polimorfizm kimi mövzularını əlavə edək, amma bu buraxılışda buna imkanımız olmadı.

 

Qurucular üçün:

Kitabın gələcək buraxılışlarının hazırlanmasında, kitabda olan mövzuların təkmilləşdirilməsində, yeni mövzuların və proqram nümunələrinin əlavə olunmasında könüllü köməklik göstərmək istəyən proqramçılar müəlliflə aşağıdakı ünvandan əlaqə saxlaya bilərlər. ahmed.sadikhov@gmail.com

 

Görülməli işlər:

1. Continue və break operatorlarına aid proqram nümunəsi, izahın yenilənməsi.

2. Müqayisə əməllərinin 3.1-dən əvvələ keçirilməsi + proqram kodu.

3. Rekursiv funksiyaların izahı və proqram kodu nümunəsi.

4. Bütün nəticələrdə proqram adları prog2.exe kimi göstərilib, müvafiq adlarla dəyişmək.

5. Ünvan dəyişənləri üzərində hesab əməlləri + proqram kodu.

6. Null qiymətinin izahı + proqram kodu (§4). Hazırki buraxılışda NULL barəsində ancaq §9-da qısa izah verilir.

7. Varislik mövzusunun əlavə olunması.

8. Polimorfizm mövzusunun əlavə olunması.

9. Axınlar (streams) mövzusunun əlavə olunması.

10. İkiistiqamətli siyahılar, ağaclar, növbələr, steklər mövzularının əlavə olunması.

11. Const, statik, volatile, external dəyişən və funksiyalara aid mövzunun əlavə olunması + proqram kodu.

12. Fayllarla işləmə funksiyalarına aid mövzunun əlavə olunması.

13. Proqram nümunələrinin artırılması, yeni çalışmaların əlavə olunması.