Delphi

Delphi proqramlaşdırma dili barədə qısa məlumat

Delphi proqramlaşdırma dili barədə qısa məlumat

Artıq 1993-cü ildə Microsoft firması 1-ci vizual proqramı istehlaka buraxdı və Windows əməliyyat sistemi üçün proqramlaşdırma MS-DOS əməliyyat sistemi üçün proqramlaşdırmadan olduqca asan oldu. Buna cavab olaraq, Borland firması 1995-ci ildə Delphi proqramlaşdırma dilinin 1-ci versiyasını istehsal etdi və ardıcıl olaraq, 1996-cı oldə Delphi 2, 1997-ci ildə Delphi 3, 1998-ci ildə Delphi 4, 1999-cu ildə Delphi 5 və 2000-ci ildə Delphi 5.5 hazırlandı. Hal-hazırda da Delphi ən müasir proqramlaşdırma dillərindən biridir.

Delphi 5.5-i yüklədikdə ekranda 4 pəncərə açılır. Onlar aşağıdakılardır:

1) Menu. Bu pəncərəyə "əsas pəncərə" də deyirlər. İstifadə olunan komponentlər bu pəncərədə yerləşir.

2) Form Designer. Bu pəncərə gələcək proqramın görünüşünü (dizaynını) göstərir.

3) Object Inspector. Form üzərində yerləşən hər bir elementin xarici görünüşü və baş verəcək hadisələrə cavab bu pəncərədə müəyyən oluna bilər.

4) Code Editor. Bu pəncərədə isə, proqramın mətni yazılır. Code Editor və Form Designer pəncərələri arasında böyük əlaqə var. Belə ki, Form Designer üzərində edilən hər bir dəyişiklik Code Editor-da özünü büruzə verir və əksinə.

Bütün proqramlaşdırma dilləri kimi, Delphi proqramlaşdırma dilinin də çox böyük imkanları vardır. Bu imkanların ən əsaslılarından biri də, Verilənlər Bazası ilə əlaqədardır.