Delphi

Verilənlər Bazasının yaradılması

Verilənlər Bazasının yaradılması

Verilənlər Bazası fayllarda saxlanılan təşkil olunmuş informasiya yığımıdır. Verilənlər Bazası fayllarda mətn, cədvəl və başqa şəkillərdə saxlanıla bilər. Əsasən cədvəl şəkilli Verilənlər Bazasından istifadə olunur.

Son zamanlar bir çox tətbiqi proqramlar yaranmışdır ki, bunların vasitəsi ilə Verilənlər Bazası yaratmaq olduqca asandır. Bu proqramlardan Microsoft Access, Microsoft FoxPro, Btrieve, Paradox və s. adlarını çəkmək olar.

Lakin elə proqramlaşdırma dilləri vardır ki, onlar yuxarıda adı çəkilən proqramlardan istifadə etmədən Verilənlər Bazası yarada bilər. Belə proqramlaşdırma dillərindən biri də Delphi-dir. Delphi-də Database Desktop adlı proqram vardır ki, bu proqram vasitəsi ilə cədvəl üzərində dəyişiklik etmək, yeni cədvəl yaratmaq, redaktə etmək, müəyyən oblastı silmək və s. etmək olar.

Yeni cədvəl yaratmaq üçün aşağıdakı ardıcıllıqla hərəkət etmək lazımdır.
File -> New -> Table

Bu ardıcıllıqdan sonra ekranda yeni pəncərə açılır. Bu pəncərə "Create Table" pəncərəsidir ki, burada yaradılan cədvəlin tipi müəyyən olunur. Cədvəl tipi olaraq Paradox 7, Visual DBase, DBase For Windows, Paradox 4, FoxPro, Oracle, SYBASE və s. seçmək olar və OK düyməsini sıxdıqda yeni pəncərə açılır ki, bu pəncərədə cədvəlin strukturu qurulur. Bu pəncərənin ümumi görünüşü aşağıdakı kimidir.

Burada Field Name cədvəlin sütununun adını, Type cədvəlin sütun elementlərinin tipini, Size cədvəlin sütun elementlərinin sayını, Key sütunun açar rolunu oynayıb-oynamadığını göstərir.

Bu cədvəli bizə lazım olan qaydada doldurduqdan sonra Save As... düyməsini sıxırıq və cədvəlin ünvanını göstəririk. Beləliklə, cədvəl hazır olur.