Excel

Diaqram və qrafiklər

Diaqram və qrafiklər

 

Diaqram və qrafiki qurmazdan əvvəl, mütləq diaqrama daxil olan sətr və ya sütun verilənlərini qeyd etmək lazımdır. B3:B6 verilənlər diapazonunu qeyd edin və Standart alətlər lövhəsində verilənlər diapazonunu qeyd edin. Diaqram (Chart Wizard) düyməsini basın.

Standart tiplər (Standatd Types) səhifəsində Çevrəvari diaqram (Pie) seçin və 1-ci sırada mərkəzi diaqramı qeyd edin. Növbəti pəncərəyə keçmək üçün İrəli (Next) düyməsini basın. İrəli (Next) düyməsinin təkrar basılmasndan sonra diaqrama ad verilməsi təklif olunur. Diaqramın adı (Chart title) sahəsində diaqrama Test pie adı verək. Yenidən İrəli (Next) və sonra Son (Finish) düymələrini basın.

Yerinə yetirilmiş əməliyyatlar nəticəsində işçi vərəqində seçilmiş diaqram yaranacaq. Mausun düyməsi basılı vəziyyətdə diaqramı pəncərənin istənilən digər hissəsinə yerləşdirin. Çevrəvari diaqramın ayrı-ayrı hissələri müstəqil sahələrdir. Bu hissələrdən hər hansı birini qeyd edin və mausun düyməsi basılı vəziyyətdə qeyd edilmiş hissəni diaqramdan ayırın.

Diaqramı bütövlüklə qeyd edin və kontekst menyudan Verilənlərin formatlaşdırılması (Format data series) əmrini seçin. Eyni adlı diaqram pəncərəsinin Verilənlərin qeydi (Data labels) səhifəsində Faizlə göstər (Show percent) variantını seçin və OK-i sıxmaqla əmri təsdiq edin. Fikir verin verilənlərin faiz asılılığı göstərilmişdir.

Əlavə qiymətlərin daxil edilməsi üçün verilənləri qeyd edib Surətini çıxarıb (Copy) və diaqrama Yerləşdirmək (Paste) kifayətdir.

Diaqramı ləğv etmək çox asandır. Bunun üçün diaqramı qeyd edib, klaviaturada olan Delete klavişini basmaq kifayətdir.