Excel

İşçi kitabın yadda saxlanılması

İşçi kitabın yadda saxlanılması

 

Excel kitabının yadda saxlanılması üçün Fayl menyusunu açın və Yadda saxlamaq (Save) əmrini seçin. Açılmış eyni adlı dialoq pəncərəsinin Faylın adı (File Name) sahəsində faylın adını "Test" yazın, menyu sətrindən Xidmət (Tools) düyməsini basın. Açılmış menyu səhifəsindən Ümumi parametrləri (General options) -u seçin. Nəticədə Yadda saxlamanın parametrləri (Save options) dialoq pəncərəsi yaranacaq. Burada Faylın açılması üçün parol (Password to open) və Dəyişikliklərin daxil edilməsi üçün parol(Password to modify) daxil etmək olar. Təkzib (Cancel) düyməsini basın. Siz yenidən Yadda saxlama (Save) pəncərəsinə qayıdacaqsınız. Yadda saxlama (Save) düyməsini basın və ya sadəcə olaraq Enter -i basın. Sərlövhə sətrində kitabın adının necə dəyişdiyinə fikir verin.

İstəyinizə müvafiq olaraq Fayl menyusunda Hansı adla yadda saxlamaq (Save As) əmrindən istifadə edərək həmin faylın surətini yaratmaq olar.

Fayla bəzi dəyəişikliklər daxil edin. Alətlər lövhəsində Yadda saxlama (Save) əmrini seçin, faylın adı sahəsinə yeni ad yazın. Beləliklə siz faylın surətini yaratmış oldunuz.