Excel

Kitabın yaradılması, açılması və bağlanması

Kitabın yaradılması, açılması və bağlanması

Menyu sətrindən Fayl bölməsini seçin. Açılmış menyu səhifəsində Bağlamaq (Close) əmrini seçin. Yerinə yetirilmiş əməliyyat nəticəsində cari kitab bağlanacaq. Kitabı bağlamazdan əvvəl verilənləri saxlamaq məsləhətdir.

Yeni işçi kitabının yaradılması üçün Standart alətlər lövhəsində olan Yeni (New) düyməsindən də istifadə etmək olar. Standart alətlər lövhəsində Yeni (New) düyməsini basın. Gördüyünüz kimi yeni sənəd yarandı. Yadda saxlanılmış fayllara baxmaq üçün alətlər lövhəsində Açmaq (Open) düyməsini basın. Nəticədə Exsel redaktorunda yaradılmış faylların siyahısı açılacaq və siz bu siyahıdan istədiyiniz faylı ekrana çağıra bilərsiniz. Bağlamaq (X) düyməsi də həmçinin baxılan faylı bağlayır. Redaktorun pəncərəsinin yuxarı sağ küncündə yerləşən bu düyməni basmaqla kitabı bağlayın. Gördüyünüz kimi, redaktorun pəncərəsi boşaldı.

Redaktorun özünü bağlamaq üçün Fayl menyusunu açın və Çıxış (Exit)əmrini seçin.