Excel

Mümükün qiymətlər

Mümükün qiymətlər

Daxil edilənlərin bəzi şərtlərə uyğun gəlməsi üçün Mümükün qiymətlər (Validation) əmrindən istifadə etmək lazımdır. Şərtin yoxlanılmasından əvvəl mütləq şərtin daxil ediləcək xanalar diapazonunu qeyd edin. Verilənlər (Data) menyusunda Mümükün qiymətlər (Validation) əmrini seçi.

1-ci Sazlama (Setting) səhifəsinin (Allow) sahəsində daxil ediləcək verilənlərin tipini göstərmək lazımdır. Məsələn, Tarix (Date)Verilənlər (Data) sahəsində arasında (Between) şərtini seçin, sonra başlanğıc tarix kimi 01.09.2000 il, son tarix kimi 05.05.2001 ili müvafiq olaraq (Start date) (End date) sahələrinə daxil edin.

Növbəti Daxil etmək üçün məlumat (Input message) səhifəsinə keçin. Burada istifadəçiyə izahat göstərmək olar. Sərlövhə (Title) sahəsində İzahat və məlumat (Input message) sahəsində "Tarix daxil edin" frazasını daxil edin.

Və sonuncu Səhv haqqında məlumat (Error alert) səhifəsində verilənlərin düzgün daxil edilmədiyi təqdirdə verilənlərin səhv olduğu haqda məlumat göstərilir. Məlumat stili kimi "Warning"-i seçin, Sərlövhə (Title) sahəsinə "Fikir verin" sözlərini, Səhv haqqında məlumat (Error message) sahəsinə isə "Daxil olunanlar düz deyil"daxil edin. Ok-i basın.

Diqqət edin, mauzun göstəricisini şərt daxil edilmiş xanalara yaxınlaşdırdıqda, İstifadəçi üçün izahat görünür. İndi isə qoyulmuş şərtdən kənara çıxan hər hansı bir tarixi daxil edin, məsələn, 15.06.2000. Gördüyünüz kimi, ekranda səhv haqqında məlumat yarandı.