Excel

Sənədin strukturlaşdırılması

Sənədin strukturlaşdırılması

İşçi vərəqin hər hansı bir hissəsinin strukturunun yaradılması üçün mütləq konkret verilənlər sahəsini qeyd edin. Verilənlər (Data) menyusundan Qrup və struktur (Group and Outline) altmenyusunu və daha sonra Qruplaşdırma (Group) əmrini seçin. Yaranmış dialoq pəncərəsində Sütunlar (Columns) qeyd edin. OK-i basın. Sənədin görünüşünün necə dəyişdiyinə fikir verin. "-" işarəsini basın, gördüyünüz kimi qeyd edilən sütunla gizlədilib. Sütunların yenidən görsənməsi üçün "+" işarəsini basın. Strukturun silinməsi üçün müvafiq sütunları qeyd edinVerilənlər (Data) menyusunda Qrup və struktur (Group and Outline) altmenyusunu seçin və sonra Qruplaşdırmanın ləğvi (Ungroup) əmrini icra edin. Gördüyünüz kimi qruplaşdırma ləğv edildi.