Excel

Sətir və sütunlar

Sətir və sütunlar

Hər bir Excel sətri sol kənardan sıralanır. Sətrin bütövlüklə qeyd edilməsi üçün sıra nömrəsinin üzərində mausu basın. Adətən sətirlər müəyyən hündürlüyə malikdir. Əgər istəsəniz sətirlərin hündürlüyünü dəyişə bilərsininz. Bunun üçün Format menyusunda Sətr (Row) altmenyusunu və daha sonra hündürlük (Height) əmrini seçin. Yaranmış dialoq pəncərəsində "25" daxil edin. Gördüyünüz kimi sətrlərin hündürlüyü dəyişdi.

Bütün sətrlərin hündürlüyünü dəyişmək üçün sol küncdə yuxarıda yerləşən Hamısını qeyd et (Select All) düyməsini basaraq bütün sətirləri qeyd edin. Sonra mausun sağ düyməsini hər hansı bir xanada basın və açılmış kontekst menyudan Sətrin hündürlüyü (Row Height) əmrini seçin. Yaranmış dialoq pəncərəsində "15" daxil edin.

Mauzun göstəricisini sətrlər arası sərhəddə gətirib mausun düyməsini sıxmaqla sətrin hündürlüyünü əllə də dəyişmək olar. Format menyusunda Sətr (Row) və sonra Gizlətmək(Hide) əmrini seçin. Bu üsulla qeyd edilmiş sətrləri gizlətmək olar.

Excel sütunları vərəqin yuxarı hissəsində 1 və ya 2 hərflə qeyd edilib. 1-dən 26-ya qədər sütunlar A-dan Z-ə qədər hərflərlə növbəti 26 sütun AA və AZ və s. ardıcıllığı şəklində göstərilmişdir. Sütunun bütövlüklə qeyd edilməsi üçün sütunun adında mauzu basın. Adətən sütunlar müəyyən enə malik olur. Sütunun adını qeyd edərək bütün sütunu seçin, mausun göstəricisini Format menyusuna yaxınlaşdırın və Sütun (Column) altmenyusundan En (Width) seçin. Yaranmış dialoq pəncərəsində "15" daxil edin. Sonunda seçilmiş sütunun eni dəyişir.

Bütün sütunların enini dəyişmək üçün sol küncdə yuxarıda yerləşən Hamısını qeyd et (Select All) düyməsini basın və kontekst menyudan Sütunun eni (Column width) əmrini seçib, sonra "10" daxil edin.

Format menyusunun Sütun (Column) altmenyusundan Gizlətmək (Hide) əmrini seçin. Beləliklə, qeyd edilmiş sütunlar gizlənir.

Əgər daxil edilmiş verilənlər xananın hüdudlarından kənara çıxırsa, sütunun enini artırmaq olar. Bunun üçün kursor müvafiq sütunların sərhəddinə yerləşdirilir və maus 2 dəfə basın. Nəticədə, sütun lazımi enə malik olur.

Məsələn "Təsnifat" sozünü daxil edin. Gördüyünüz kimi, həmin söz xananın hüdudlarından kənara çıxır. Mauzun göstəricisini sütunların sərhəddinə yerlədirib, mausun düyməsini 2 dəfə basın. Beləlilə, sütun yeni enə malik olur.