Excel

Siyahının analizi üçün filtirlərin istifadə edilməsi

Siyahının analizi üçün filtirlərin istifadə edilməsi

 

Filtrasiya seçimin şərtlərinə cavab verən sətirlərin göstərilməsi üçün çox münasibdir. Filtrasiya yalnız seçimin şərtlərinə cavab verən sətirləri göstərir, yerdə qalan sətirlər isə görsənmir. B5-dən F15-ə qədər sətri qeyd edin, Verilənlər (Data) menyusundan Filtr (Filter) altmenyusunu və sonra Avtofiltr (Auto filter) əmrini qeyd edin.

Qeyd edilmiş sətirdə avtofiltrin düymələri yaranır. D5 xanasında avtofiltr düyməsini basın və 1,61 qiymətini seçin. Beləliklə, ekranda yalnız seçilmiş şərtə cavab verən sətirlər görsənəcək. Bütün sətirlərin göstərilməsi üçün Verilənlər (Data) menyusundan Filtr (Filter) altmenyusunu və sonra Hamısını göstər (Show All) əmrini seçin. Gördüyünüz kimi bütün sətirlər bərpa olundu. Avtofiltr (Auto filter) əmrini təkrar basmaqla Avtofiltri ləğv etmək olar.