Excel

Verilənlərin nizamlanması

Verilənlərin nizamlanması

Excel nizamlama üçün müxtəlif üsullar təklif edir. Siz sətr və ya sütunları artma və ya azalma sırası ilə nizamlaya bilərsiniz. Nizamlamanı yerinə yetirmək üçün ilk növbədə lazımi xanalar diapazonunu qeyd edin. Məsələn, B5:F15 diapazonunu qeyd edin və Verilənlər (Data) menyusunda Nizamlama (Sort) əmrini seçin. Yaranmış Nizamlama (Sort) dialoq pəncərəsində mütləq nizamlamanın tipini göstərin, məsələn, Artma sırası ilə (Ascending) və OK-i basın. Gördüyünüz kimi, verilənlər sütunu artma sırası üzrə nizamlandı.