Excel

Verilənlərin surətnin çıxarılması, kəsilməsi və yerləşdirilməsi

Verilənlərin surətnin çıxarılması, kəsilməsi və yerləşdirilməsi

Düzəliş (Edit) menyusunda yerləşən verilənlərin surətinin çıxarılması, kəsilməsi və yerləşdirilməsi əmrləri verilənlərin və formatların surətinin çıxarılması, kəsilməsi və yerləşdirilməsi üçün vacibdir.

Növbəti misala baxaq: Traninq.xls faylında D2: D7 xanalar diapazonunu qeyd edin və Düzəliş (Edit) menyusunda Kəsmək (Cut) əmrindən istifadə edin və ya sadəcə olaraq Alətlər lövhəsində Kəsmək (Cut) düyməsini basın. Sonra bu verilənlərin yerləşdirilməsi vacib olan diapazonu qeyd edin və Düzəliş (Edit) menyusunda Yerləşdirmək (Paste) əmrini icra edin. Gördüyünüz kimi verilənlər işçi vərəqində göstərilmiş yerə yerləşdirilib.

Yenidən I2:I7 diapazonunda verilənləri qeyd edin, mausun sağ düyməsindən kontekst menyunu çağırın və açılmış menyu səhifəsində Surəti çıxarmaq (Copy) əmrini icra edin. Surəti çıxarılmış diapazonu G2: G7 diapazonuna yerləşdirin. Bunun üçün sadəcə olaraq G2 xanasını qeyd edin. Yerləşdirmək əmrini Ctrl+V düymələrinin alternativi ilə əvəz edin. Beləliklə verilənlər yenidən G2: G7 diapazonundadır.

Yerləşdirmək əmri surəti çıxarılmış xanalardan hər şeyi: qiymətlər, formatlar və şərhləri yerləşdirir. Müəyyən elementlər yerləşdirmək üçün Düzəliş (Edit) menyusunda Xüsusi yerləşdirmə (Paste Spesial) əmri istifadə edilməlidir.