Excel

Xanalar və verilənlərin daxil edilməsi

Xanalar və verilənlərin daxil edilməsi

Excel proqramında verilənlər xanalara daxil edilir. Hər bir xana sütunun adı və sətrin sıra nömrəsi ilə göstərilir. Məsələn, A5 xanası. Xanalar aşağıda sadalanan formatda məlumatlardan ibarət olur: mətn; ədəd; tarix.vaxt; düstur. Gəlin buna sadə bir misalda baxaq. =C10+C11 (verilənləri əvvəlcədən daxil etmək). Gördüyünüz kimi hər bir hesabat "=" işarəsindən sonra daxil edilir. Enter düyməsini basın. Bu klaviş həm verilənləri daxil edir həm də nəticəni göstərir.

Xanaya daxil edilmiş ədəd 15 rəqəmdən ibarət ola bilər. Əgər sütun ədədin göstərilməsi üçün çox dardırsa bu zamn ədəd diyez "#" işarəsi şəklində göstəriləcək.

Tarix və vaxtın daxil edilməsi üçün müxtəlif formatlar istifadə edilir. Məsələn, C9 xanasına 11:45 daxil edin. Bu verilənlər Excel tərəfindən 12-ə 15 dəqiqə qalmış kimi qəbul olunur.

İndi isə növbəti xanaya tarixi daxil edin. 9.11.2000- bu redaktor tərəfindən 9 noyabr 2000-ci il kimi qəbul edilir. Excel tarix və vaxtla işləmək üçün düsturlar da təklif edir. Bütün daxil edilmiş verilənlər düstur sətrində və xanalarda göstərilir.

B15 xanasına "-567" rəqəmini daxil edin və Enteri basın. Həmin rəqəm redaktor tərəfindən mənfi ədəd kimi qəbul edilir.

"E" simvolu ədədin eksponensial təsvir edilməsi zamanı istifadə edilir. Məsələn, 10 000 000 ədədini daxil edin və Enteri basın. Diqqət edin, verilənlər 1E+0.7 kimi təsvir edilmişdir. Bu o deməkdir ki, vahid 10 üstü 7-yə vurulur.