Excel

Xanaların asılılığının izlənməsi

Xanaların asılılığının izlənməsi

Əgər siz böyük işçi vərəqləri ilə işləyərkən bilmək istəyirsinizsə ki, verilənlər çoxluğu necə təşkil edilib, onda xanaların izlənməsindən istifadə edin. Gəlin bunu aşağıdakı misal üzərində araşdıraq.

B3-ə 78, C5-ə =B3+5 düsturunu, F10-a =B3+C5 düsturunu, A5-ə B3*45 düsturunu, G5-ə = F10+2*2 düsturunu, H1-ə F10+A5 düsturunu daxil edin. İndi isə vərəqdə verilənlər fə düsturların necə əlaqədar olduğunu araşdıraq. A5 xanasında mausu basın və Xidmət (Tools) menyusunda Yoxlama (Auditinq) əmrini seçin. Sonra Asılı xanaların izlənməsi (Trace Dependents) və daha sonra Təsiredici xanaların izlənməsi (Trace Presendents) əmrlərini seçin. Vərəqdə yaranan oxlara fikir verin. Qeyd edilmiş 3510 qiyməti V3 xanasında yerləşən 78 qiymətindən asılı vəziyyətdədir. H1 xanasında yerləşən 3671 qiyməti üçün təsiredici vəziyyətdədir. F10 xanasında olan qiymət haqqında nə demək olar? Onun hansı xana üçün təsiredici olduğunu müəyyən edək. Asılı xanaların izlənməsi (Trace Dependents) əmrini seçin. Beləliklə bizə məlum oldu ki, 161 qiyməti müvafiq olaraq G5 və H1 xanalarında yerləşən 165 və 3671 qiymətləri üçün təsiredicidir.