Flash

Animasiya

Animasiya

İndi isə animasiya hazırlayaq.

1.  üzərində mouseun sağ düyməsini basılı saxlayın.

2.  buradan PolyStar Tool seçin.

3. Properties menyusundan Options seçin.

4. Daha sonra kiçik pəncərə açılacaq. Oradan Style olan yerdən star seçin. Və daha sonra da səhnədə (Stage) ulduz çəkin.

5. Daha sonra şəkli simbola çevirin (MovieClip). Bunun üçün F8 basmaqla ya da Modify - Convert to symbol... seçin.

Artıq ulduz hazırdır. İndi isə ona hərəkət verək.

1. Bunu üçün Timeline qayıdın. 1ci frem üzərində vurun və F5 basın. 10 fremə qədər.

2. Sonra Propesties menyusundan Tween-də Motion seçin.

3. Daha sonra Timeline-də fremlər göy rəngdə olacaqlar.

4. Axırıncı (10cu) fremdə F6 vurun. Şəkildəki kimi olacaqdır.

Demək olar ki hazırdır, lakin hərəkət yoxdur hələ. Çünki 1ci fremdə də 10cu fremdə də, ulduz eyni vəziyyətdədir. Hərəkət etməsi üçün onun yerini dəyişməliyik. İndi isə 1ci fremdə vurun və sonra da mouse ilə ulduzu basılı saxlayaraq səhnənin yuxarısına aparın. Daha sonra 10cu fremdə də vurun və mouse ilə ulduzu səhnənin aşağı hissəsinə aparın. Əgər düz etmisinizsə onda yuxarıdan aşağıya doğru hərəkət edəcək :).