Flash

Flash ilə şəkil çəkməyi öyrənək

Flash ilə şəkil çəkməyi öyrənək

Deməli açırsınız əvvəlki dərsimizdə saxladığımız MyFlash faylını və ya yeni bir Flash fayl yaradın, istədiyiniz kimi ad verin və saxlayın.

Sonra isə əvvəlcə dairə çəkmək üçün aləti seçirik. Bunun üçün həmin alətin üzərində bir dəfə vurmaq lazımdır.

Aləti seçdinizsə, sonra çəkmək istədiyimiz dairənin rəngini də seçək. Bunun üçün indi göstərəcəyim alətdən istifadə etmək lazımdır. Onun üzərində vurub istədiyiniz rəngi seçirsiniz. Bu sizin dairənizin xətlərinin rəngi olacaq. Yəni hələ ki çevrədir. Dairəni rəngləmək lazımdır.

Dairənin rəngləmək üçün də həmin alətin altındakını seçib eyni qayda ilə rəng seçirsiniz.

Daha sonra səhnədə mouse-un sol düyməsini basılı saxlayıb hərəkət etdirin. İstədiyin ölçüdə olduqdan sonra sol düyməsi buraxırsınız. Eyni şəkildəki kimi.

Budur artıq dairəmiz hazırdır. İndi isə dairənin üzərində sonradan da dəyişiklik etməyi öyrənək.

Əvvəlcə dairəni seçirsiniz. Bunun üzün seçmək üçün olan aləti seçirsiniz.

Daha sonra dairənin üzərində 2 dəfə vurusunuz və dairə seçilir. 1 dəfə vurduqda dairənin yalnız içi seçilir. 2-ci dəfə vurduqda isə həm də qıraqlarının xətləri də seçilir. Ona görə 2 dəfə vurmalıyıq. Daha sonra isə aşağıda yeni bir pəncərə yaranır. Bu haqda heç danışmamışam.

Burada sizin dairənin xüsusiyyətləri göstərilir. Eni, uzunluğu, rəngi, xətlərinin forması, rəngi və s.

İndi isə burada dəyişiklik etməklə dairəmizin xüsusiyyətlərini dəyişə bilərik. Özünüz də bəzi dəyişikliklər edin.

Deməli mən əvvəlcə dairənin xətlərini ölçüsünü 3 edirəm.

Daha sonra də xətlərin formasını dəyişə bilərsiniz.

Rəngləri dəyişməyi də əvvəlcədən bilirsiniz. İstədiyiniz kimi edə bilərsiniz.

Bundan başqa siz eləcə də kvadrat, düz xətt də çəkə bilərsiniz. Özünüz də kvadrat çəkin və bunları təkrar edin.

Kvadratı çəkib hazırlayın ki keçək başqa bir alətə. Bu alət haqqında da ilk dəfə deyirəm. Elə biz həmişə dairə, kvadrat çəkməyəcəyik ki. Bəlkə başqa formada bir şəkil şəkmək istəyirik? Onda bu alət bizim köməyimizə gəlir.

<

Bu aləti seçirsiniz və sonra da çəkdəyiniz kvadratın qıraqlarında mouse-un sol düyməsi ilə vurursunuz.

Qıraqlarda yaşıl rəngli xətlər yarnır. Və künclərdə işə kiçik kvadratlar. İndi isə bu alətin köməyi ilə həmin kvadratın üzərində baılı saxlayıb istədiyiniz tərəfə çəkirsiniz. Necə ki bayaq dairə çəkdiyimiz kimi.

Bunun köməyi ilə həm də dairədən müxtəlif formalı şəkillər hazırlamaq olar. Bunları da özünüz mütləq edin.

İndi isə keçək başqa alətlərə. Deməli çəkdiyimiz kvadratı rəngləmək üçün də alət var.

Bu aləti seçirsiniz. Sonra aşağıdan bayaq dairənin rəngini seçdiyimiz yerdən yeni bir rəng seçirsiniz.

Sonra da həmin alət ilə çəkdiyimiz kvadrat üzərində mouse-un sol düyməsi ilə vururuq.

Əgər çəkdiyiniz kvadratın bəzi hissələrini pozmaq istəyirsinizsə onda pozandan istifadə edirsiniz.

Eyni şəkildəki kimi.

Digər bir alət. Onun haqqında da yazmışam. Qələm vasitəsi ilə müxtəlif cür xətlər çəkmək olur.

Çox sadə. Digər alətlər kimi, mouse-un sol düyməsini basılı saxlayıb yazırsınız.