Flash

Timeline haqqında

Timeline haqqında

Əvvəlcə yeni bir fayl yaradaq. Yadınızda deyilsə onda Addım 3 baxa bilərsiniz. Sonra da saxlayın.

İndi isə sizə əvvəlcə danışdığım Timeline haqqında biraz da ətraflı məlumat verəcəyəm.

İndi isə biraz məlumat verim.

Layerlər: Şəkildə qırmızı rəngli çərçivənin içində göstərilib. Bizim şəkildə 3 layer artıq var. Movies layeri seçili vəziyyətdədir. Yeni bir layer də əlavə edə bilərsiniz. Bunun üçün Insert-Timeline-Layer seçirsiniz. İnsi isə bəzi vacib məlumatlar. Əgər siz Movies və ActionScript layerlərində şəkil çəkmisinizsə, onda ActionScript layerindəki şəkillər Movies layerində olan şəkillərin üzərində görünəcək. Çunki ActionScript layeri Movies layerinin üzərindədi. Yerlərini dəyişmək üçün sadəcə mouse ilə tutaq aşağı-yuxarı hərəkət etdirə bilərsiniz. Bunu nəzərə almaq çox vacibdir. İşlədikcə görəcəksiniz. Bundan başqa layerlərlə işləyərkən çalışın ki öz layerlərini adlandırın. Belə olanda işləmək də rahat olur. Siz dəqiq bilirsiniz ki hansı hissləri hansı layerdə axtaracaqsıznız. Layerlərin üzərində də bəzi alətlər var. Şəkildə gördüyünüz kimi göz şəklinin altındakı qara nöqtələri şeçdikdə həmin layer səhnədə görünmür. Qıfılı seçdikdə isə həmin layerdə olan simvollar səhnədə görünür, amma onlar üzərində dəyişiklik etmək, seçmək olmur. Kvadrat olan nöqtələri seçdikdə isə layerdə olan simvollar çizgilərlə görünür. 

Fremlər: Şəkildə bu hissə yaşıl rənglə göstərilib. Layerlər haqqında dediklərim fremlərə də aiddir. Üstündə rəqəmlər göstərilən düzbucaqlıların hər biri fremlərdir. Fremlərə aid cəhət odur ki hər bir fremə şəkil qoymaq olar. Və hər dəfə ayrı bir fremə keçdikdə başqa bir şəkil görünəcək. Bu da animasiya yaratmağa kömək edir. Eyni bir şəklə müxtəlif forma verərək ayrı-ayrı fremlərə qoymaq olar və hərəkət edir kimi göstərmək olar. Amma elə etmək olar ki bir şəkil bütün frem boyu eyni, dəyişilmədən görünədə bilər.

İndi isə sarı çərçivəyə alınmış hissə haqqında məlumat verim. Əvvəlcə orda olan qırmızı çubuq haqqında onu deyim ki onun vasitəsi ilə hal-hazırda hansı fremin göründüyünü yəni hansı fremin seçili olduğunu bilmək olur. Bizim misalda 8-ci fremdədir. O da sarı çərçivənin içində 1-ci yerdə göstərilib. 2-ci yerdə 12.0 fps yazısı onu göstərir ki, hazırladığımız flash movie 1 saniyə ərzində 12 frem oxuyacaq. Və nəhayət 3-cü hissədə isə 8-ci fremə qədər nə qədər vaxt gedəcəyi göstərilir. Bizim misalda 0.6 saniyə.