Menu

Daxil olun Qeydiyyat

HTML

Bağlantıya sıxarkən sənəd digər freymdə tam pəncərədə açılır

Bağlantıya sıxarkən sənəd digər freymdə tam pəncərədə açılır

Bu dərsdə biz freymləri öyrənməyə təzə başlayanlarda qarşıya çıxan problemlərdən danışacayıq.

Gəlin bizim Nümunə diqqət yetirək. Ordakı hər hansı bağlantıya basın. Bağlantının açdığı sənəd menyu olan sənədin yerləşdiyi freymin içində açılacaq. Amma bizə lazımdır ki, o, içində məzmun olan freymdə açılsın, menyu isə toxunulmamış qalsın. Bunu necə edək?

Əvvəlcə <frame> teqinin yeni atributu olan "name" (yeri gəlmişkən, mənə elə gəlir ki, biz "name" ilə artıq tanışıq:) ilə tanış olun. "name" atributunu işə salırıq:


 

     

<html>
<head>
<title>Freymlərlə səyahət</title>
</head>
<frameset cols="100,*" border="0">

<frameset rows="100,*">
<frame src="logo.html" scrolling="no" marginwidth="0" marginheight="0">
<frame src="menu.html">
</frameset>
<frame src="content.html" name="window-1">

</frameset>
</html>


 

"name" atributu freymə unikal ad verir (bizim nümunədə biz bu atributu özündə məzmunu saxlayan "content.html" sənədinə tətbiq edirik).

Freymin bu adı başqa sənədlərdən (freymlərdən) də ona bağlanmaq üçün istifadə oluna bilər. <a> teqinin "target" (target="freymin_adı") atributu ilə biz artıq tanışıq.

"target" atributunu bağlantılar olan sənədimizə (menu.html) daxil edək.


 

     

<html>
<head>
<title>Menyu sənədi</title>
</head>
<body background="cherti3.gif" text="#ffffff" link="#ffffff" alink="#ffffff" vlink="#ffffff">
<center>
<a href="content.html">Əsas</a>
<a href="tumki.html">Tumki</a>
<a href="bumki.html">Bumki</a>
<a href="tururumki.html">Tururumki</a>
<a href="tra-la-la.html">Tralyalya</a> 
</center>
</body>
</html>


 

Bizim nümunədə o sənəd (menu.html) belədir. İndi isə hər bağlantı üçün target="window-1" əlavə edək, "window-1" - bu içərisində məzmun sənədi (content.html) yerləşən freymin adıdır.


 

     

<html>
<head>
<title>Menyu sənədi</title>
</head>
<body background="cherti3.gif" text="#ffffff" link="#ffffff" alink="#ffffff" vlink="#ffffff">
<center>
<a href="content.html" target="window-1">Əsas</a>
<a href="tumki.html" target="window-1">Tumki</a>
<a href="bumki.html" target="window-1">Bumki</a>
<a href="tururumki.html" target="window-1">Tururumki</a>
<a href="tra-la-la.html" target="window-1">Tralyalya</a> 
</center>
</body>
</html> Nümunə


 

İndi artıq bütün bağlantılar bizə lazım olan freymdə açılır, menyu isə heç yerə itmir. Bütün bunları isə biz cəmi iki sənəddə xırda dəyişikliklər etməklə aldıq.

Bəzən elə olur ki, biz istəyirik açılacaq sənəd tam pəncərədə açılsın, bunun üçün "target" atributuna "_top" qiymətini vermək lazımdır:

<a href="project.html" target="_top">Mənim balıqıar haqqında layihəm</a>

"Mənim balıqıar haqqında layihəm" səhifəsi bütün qalan kadrları (freymləri) örtərək tam pəncərədə açılacaq.


Bizi dəstəkləyənlər