HTML

Başlıqlar nədir və hərflərə necə ölçü verməli

Başlıqlar nədir və hərflərə necə ölçü verməli

Bu bölmədə biz mətnləri başlıqların köməyi ilə nişanlamağı və <font></font> teqinin daha yeni funksiyasını öyrənəcəyik.

Başlıqlardan başlayaq. Başlıqların 6 növü mövcuddur: 
 

<H1> mətn </H1>

<H2> mətn </H2>

<H3> mətn </H3>

<H4> mətn </H4>

<H5> mətn </H5>
<H6> mətn </H6>

Demək burda H1 ən böyük, H6 ən kiçiyidir. Başlıqları əlavə edərək siz ziyarətçiyə sayta rahat bələd olmağa imkan verirsiniz. Başlıqların köməkliyi ilə siz mətnin strukturunu təyin edirsiniz.

İndi isə başlıqlardan sənədimizdə istifadə edək. Mənə elə gəlir ki, "Salam, bu menim ilk sehifemdir" sözünü nişanlasaq yaxşı olardı:


 

     

<html>
<head>
<title>Menim ilk addimim</title>
</head>
<body text="#336699" bgcolor="#000000">
<div align="center">
<H3>Salam, bu menim ilk sehifemdir.</H3>
<br>
<font color="#CC0000">Xosh gelmisiniz</font> :) </div>
<p align="justify">
Men hele teze-teze virtual dunya ile tanish olmusham, lakin artiq ozume ev sehifesi duzeltmek isteyirem. Menim dostlarim ve tanishlarim menim shekillerime baxmaq ve menim haqqimda oxumaq uchun bura baxa bilerler, oz urek sozlerini qonaq kitabima yaza bilerler. Ola biler ki, kim ise tesadufen bu sehifeye daxil olsun ve menim daha bir virtual dostum artsin. :)
</p> 
</body>
</html> Nümunə


 

Nümunə üçün mən başlığın 3-cü mərhələsindən (<h3></h3>) istifadə etdim:) Baxın nə alındı. Gördüyünüz kimi başlıqlar təkcə iri şriftlə görsənmirlər, həmçinin də yağlı nişanlanırlar. Həm də bağlanan </hx> teqindən sonra avtomatik olaraq digər yeni sətrə keçid baş verir.

Başlıqlar mətnin müəyyən hissəsini nişanlamaq üçündür (sətirlər, frazalar). Əgər siz mətnin böyük hissəsini və ya bir sözü başlıqların köməyi ilə yeni sətirlərə keçmədən nişanlamaq istəyirsinizsə, onda nə etməli? Başlıqlarla bu alınmayacaq, ona görə də <font></font> teqini yada salaq: 

<font size="+4"> mətn </font>
<font size="+3"> mətn </font>
<font size="+2"> mətn </font>
<font size="+1"> mətn </font>
<font size="+0"> mətn </font>
<font size="-1"> mətn </font>
<font size="-2"> mətn </font> 


Həmişəki kimi yeni bilikləri praktikada tətbiq edirik. Gəlin "menim daha bir virtual dostum" sözünü nişanlayaq.


 

     

<html>
<head>
<title>Menim ilk addimim </title>
</head>
<body text="#336699" bgcolor="#000000">
<div align="center">
<H3>Salam, bu menim ilk sehifemdir.</H3>
<br>
<font color="#CC0000"> Xosh gelmisiniz</font> :) </div>
<p align="justify">
Men hele teze-teze virtual dunya ile tanish olmusham, lakin artiq ozume ev sehifesi duzeltmek isteyirem. Menim dostlarim ve tanishlarim menim shekillerime baxmaq ve menim haqqimda oxumaq uchun bura baxa bilerler, oz urek sozlerini qonaq kitabima yaza bilerler. Ola biler ki, kim ise tesadufen bu sehifeye daxil olsun ve<font size="+1"> menim daha bir virtual dostum </font>artsin. :) 
</p> 
</body>
</html> Nümunə


 

Növbəti addıma keçməmişdən qabaq onu da qeyd etmək istəyirəm ki, dizaynerlərdə qiqantomiya adlı xəstəlik mövcuddur. Onun nişanları: Mətnlərin hədsiz böyük ölçüsü, xırda və yaraşıqlı düymələrin əvəzinə ekranın yarısı boyda düymələr və bütün hallarda gombul (yağlı) mətn. Ona görə də yada salıram: Standart size (susmaya görə) = "+0". 
İstifadəçilərinizin gözlərinə heyfiniz gəlsin. 

Növbəti addıma keçək.