HTML

Cədvəllərin çərçivələri

Cədvəllərin çərçivələri

Cədvəllərə həsr olunmuş bu axırıncı dərsdə biz çərçivələrdən danışacağıq. Çərçivə "border" xassəsi vasitəsi ilə verilir. 3 pikselə bərabər çərçivə yaradaq:

<table border="3">

Cədvəlin qalan hissəsini özünüz yazarsınız. Bu aşağıdakı kimi görsənəcək:
 

Çərçivəli cədvəl



Bizim çərçivəyə rəng də verə bilərik. Qoy bizim nümunədə o qara olsun: 

<table border="3" bordercolor="#000000">
 

Çərçivəli cədvəl.



Hər şey çox sadədir.

Əgər siz bir rəngli çərçivə yaratmaq istəyirsinizsə (məsələn, qara rəngdə olan), onda biz "cellpadding" atributu ilə qara cədvəli istifadə edəcəyik, hansı ki, yadınızdadırsa, biz onu xananın olçüsünü təyin etmək üçün istifadə edirdik. Əsas cədvəlimizi digər bir cədvəlin içinə qoymaqla biz qalınlığı "cellpadding" atributu ilə təyin etdyimiz qədər piksel olan rəngli cədvəlin içində yerləşmişdir (Bizim nümunədə bgcolor="#000000").

Baxmaq üçün nümunə kodu:


 

     

<table border="0" cellspacing="0" cellpadding="5" bgcolor="#000000">
<tr>
<td>
<table width="100%" border="0" bgcolor="fonun rəngi"> ... </table>
</td>
</tr>
</table>


 

Digər variant da var, lakin yenə də daxili cədvəllərin köməkliyi ilə. 3 sətirdən ibarət əsas cədvəli yaradaq, ilk və son xanalar bizim çərçivənin yuxari və aşağısı olacaq. 2-ci sütunu 3 xanaya bölürük: Burada da 1-ci və 2-cü xana bizim çərçivərin tini olacaq (Bununla biz lazımi eni və rəngi yazacağıq). 2-ci sütunun, orta xanasına isə bizə lazım olan daxili cədvəli yerləşdiririk.

2-ci üsul çətindir, lakin o sizə punktirli çərçivə yaratmaq üçün lazım ola bilər, bu halda biz punktir xətləri olan şəkil düzəldir, sonra isə əsas cədvəlin 1-ci, 3-cü sütun və 2-ci sütunda 1-ci, 3-cü xanalarda yerləşdiririk. Beləliklə də istədiyimizi əldə edirik.

Söz düşmüşkən, incəliklərdən danışdıq. Bəzən mənə sual verirlər ki, cədvəllərdə necə edirlər ki, küncləri girdələnmiş cədvəllər yaradırlar - Çox sadə, əgər siz bu cür cədvəl yaratmaq istəyirsinizsə, bunun üçün 4 şəkil yaratmaq lazımdır. Sonra isə onları cədvəlin künclərində yerləşdirmək və illüziya yaratmaq lazımdır ki, guya cədvəlin girdəvari küncləri var. Şəkilsiz bu mümkün deyil :)

Əslində cədvəl yaratmaq heç də çətin deyil, hətta bütün bunlar heç də incəlik sayılmır. Sizin hər biriniz buna öz ağlınız ilə nail ola bilərsiniz. Bunun üçün HTML-in mexanizmini anlamaq və öz fikir və fantaziyanızı işlətmək kifayətdir.

Amma ən çətini odur ki, bu yaratdıqlarımızın hamısının müxtəlif brouzerlərdə eyni görünməsidir. Həmin cədvəllərin eyni çərçivələrini götürək: 

IE-də müxtəlif cədvəllər                                                          NN-də müxtəlif cədvəllər

                                                  

Mənə elə gəlir ki, bu daha yaxşı nümunədir. Peşəkar koderlər öz yaratdıqları səhifələri müxtəlif tip brauzerlərdə nəzərdən keçirirlər ki, onlar hər yerdə eyni cür görsənsin. Hər bir brauzerin öz şıltaqlığı var, ona görə də saytın müxtəlif brauzerlərdə eyni cür görsənməsi çətin tapşırıqlardan sayılır. 

Mən məsləhət görürəm ki, imkan daxilində sizin sənədin müxtəlif brauzerlərdə, ekran ölçülərində necə görsənməsini yoxlayasınız, belə ki, sonra elə qüsur araya çıxa bilər ki, sizə indiyə kimi məlum olmasın.

Əgər siz Internet Explorer-dən başqa digər brauzer işlədənlərə məhəl vermirsinizsə, müxtəlif tip ekran ölçüsü işlədənlərə məhəl qoymamaq olmaz, bu tamam başqa işdir. Bilməyənlər üçün qeyd: İki ən çox istifadə edilər ölçü var: 800x600 və 1024x768 

Heç vaxt yaddan çıxarmaq lazım deyil ki, sizin səhifəyə böyük və ya balaca ekran ölçüsündə baxa bilərlər və heç bir zəmanət yoxdur ki, siz peşəkar koder ola-ola sizin cədvəllər harasa qaçmayacaq, məsələn nənəsigilə (Bəli bəli, bu haqda nə qədər danışmışıq, nə qədər yazmışıq, lakin heç bir faydası yoxdur. Maraqlıdır, niyə bəziləri bunu anlamaq istəmirlər).

Yenə də yada salmaq istəyirəm (başa düşməyənlər üçün): biz cədvəlləri saytımızın elementlərinin formaya salınması üçün istifadə edirik. Cədvəllərin köməkliyi ilə biz çox şey edə bilərik: 3 sadə mətnin yanakı sütunlarda yerləşməsindən çətin tərtibata qədər, harda ki, sizin gözəl şəkillər cədvəlin müxtəlif xanalarında yerləşəcəklər, nəticədə gözəl və qarışıq naxış alınacaq.

Beləliklə mənim əziz oxucularım, sizin mətnin hər iki tərəfində şəkil yerləşdirmək və digər bu tip sualları mən təhqir və ya qəzəbli zarafat kimi qəbul edəcəyəm :) 

Növbəti addımda biz sizinlə indiyədək öyrəndiklərimizin köməkliyi ilə cədvəllərdən ibarət olan və çox da çətin olmayan bir sayt düzəldəcəyik.