HTML

Daxili cədvəllər və bəzi incəliklər

Daxili cədvəllər və bəzi incəliklər

Biz cədvəllərə aid dərsi başlayarkən mən daxili cədvəllərdən söhbət açmışdım. Bu nədir və onun üstünlükləri nədədir? Bu bir cədvəlin daxilindəki xanalarda yerləşmiş cədvəllərdir və demək olar ki, o biri cədvəllərdən heç bir fərqi yoxdur. 

Tutaq ki, bizdə 2 sütunu mətnlərlə doldurulmuş və arasında məsafə qoymaq üçün 3-cü bir sətri olan bir cədvəl var:
 

Her gun internetdə choxlu sayda elmi və ishguzar saytlar yaranir. Bu saytların bezileri gundelik yenilenir, bezileri ise ele internete nece salinibsa, ele de qalir. Ve s. internet haqqinda melumatlar.   Bu da elmi ve ishguzar saytlarin internetde qidalanma cedveli:
 
Elmi 40%
Ishguzar 55%
Diger 5%


ve s.



Demək bizim nəzərimizdə 3 xanadan ibarət cədvəl verilib. Cədvəlin 3-cü xanası görünməzdir. İndi isə kod:


 

     

<table>
<tr>
<td width="200" valign="top" background="blue.gif" align="center">Her gun internetdə choxlu sayda elmi tə ishguzar saytlar yaranir. Bu saytların bezileri gundelik yenilenir, bezileri ise ele internete nece salinibsa, ele de qalir. Ve s. internet haqqinda melumatlar.</td>
<td width="10" background="white.gif">&nbsp;</td>
<td width="200" valign="top" background="blue.gif" align="center">Bu da elmi ve ishguzar saytlarin internetde qidalanma cedveli:
<br><br>

<table cellspacing="3">
<tr>
<td width="50" background="white.gif">Elmi</td><td background="white.gif">40%</td>
</tr>
<tr>
<td width="50" background="white.gif">Ishguzar</td><td background="white.gif">55%</td>
</tr>
<tr>
<td width="50" background="white.gif">Diger</td><td background="white.gif">5%</td>
</tr>
</table>


<br><br>
ve s. </td>
</tr>
</table>


 

Heyif ki, kod çox böyük alındı, lakin burada çətin heç nə yoxdur: Daxili cədvəllər sadələrindən heç nə ilə fərqlənmirlər. Daxili cədvəllərin köməkliyi ilə saytın strukturunu rahat idarə etmək mümkündür. Məsələn, elə indi ziyarət etdiyiniz firststeps.az saytında da həmçinin bir-birinin daxilində bir neçə cədvəldən istifadə edilib (məsələn, sol menyu). Görəsən bunlar olmasaydı biz nə edərdik? 

Lakin burada fikir verməli bir neçə üstünlüklər var: background="şəkil.gif" Əvvəl biz cədvəlin fonuna rəng verən "bgcolor" xassəsindən söhbət açmışdıq, "background" xassəsi isə cədvəlin fonuna şəkli verir. 

İndi isə incəliklər: Daxili cədvələ ağ fonu kodla yazmaqla tez bir zamanda (bgcolor="#ffffff") rəngini dəyişmək olardı, lakin (background="white.gif") ağ şəkil düzəldib fon vermişik. Bunu ona görə etmişik ki, əgər Internet Explorer brouzeri "bgcolor" atributunu daxili cədvəllərdə rahat tətbiq edirsə, bəzi brouzerlərdə bu işləməyə bilər, ona görə də əksinə olan "background" üsulundan istifadə edirik :) 

Beləliklə biz 1 gülləylə 2 dovşan vurduq: "background" artibutunu cədvələ tətbiq etməyi və daxili cədvəllərin bir neçə incəliklərini öyrəndik. İndi isə digər dovşanları axtaraq :) 

<td width="10" background="white.gif">&nbsp;</td>

Gəlin nümunəmizə qayıdaq və bu xananın gözəllik üçün daxil olunduğunu yada salaq. Cədvəlin xanasının görünməsi üçün &nbsp; (məsafə) daxil olunmuşdur. Bu elə-belə deyil. İş ondadır ki, <td></td> konstruksiyasını sadəcə istifadə edənlər var. Belə konstruksiyanı NN sadəcə olaraq brauzerə vermir, yəni ki, o boş xanaları xoşlamır, ona görə də cədvəldə boş xana yerləşdirərkən ya &nbsp;, ya da ki, 1x1 piksel ölçülü şəkil düzəldib ora yerləşdirin. 

Bu da belə. "Dovşan ovu"nu isə növbəti dərsdə davam edəcəyik.