HTML

Əsas alətlər. Əl ilə işləməyi öyrənirik

Əsas alətlər. Əl ilə işləməyi öyrənirik

Başlanğıcda gələcək səhifə üçün ayrıca direktoriya (qovluq) yaradın.

C:\Ilk addimlar\

İndi bloknotu (notepad) açın və ora növbəti mətni köçürün: 
 

<html>
<head>
<title>Menim ilk addimim</title>
</head>
<body>
Salam, bu menim ilk sehifemdir.
<br>
Xosh gelmisiniz :)
</body>
</html> Nümunə

İndi bu sənədi *.html adı mənimsətməklə yaddaşa verək 

C:\Ilk addimlar\index.html

Bir çox oxucular növbəti yazıda səhv edirlər: "İndi isə bu sənədə *.html adı mənimsədərək yadda saxlayaq", onlar sonra məktub yazırlar ki, sənədi yaddaşa verdikdən sonra o, *.txt kimi yadda saxlanılır, *.html kimi yox. Bu problemi həll etmək üçün ətraflı yazıram. 

Əgər siz sənədi File -> Save seçərək yadda saxlayırsınızsa, onda o sənəd *.txt kimi yadda saxlanılır. Sənədinizi növbəti üsulla yadda saxlayın: 

- File -> Save as
- Sonra öz sənədinizi məsələn, index.html adı ilə yazırsınız (sadəcə olaraq index kimi yox, *.html yazmaq əsasdır).
- Əgər siz sənədi *.html kimi yadda saxlamısınızsa, onda onu hər dəfə yadda saxlamaq üçün File -> Save seçmək kifayətdir. 

Bu da hamısı. Əminəm ki, hər şey öz qaydasında olacaq. 

Sonra səhifəni Internet Explorer-də açırıq (Bloknotu bağlamayın, o bizə yenə lazım olacaq). 

File - Open - Browse... düyməsi - bizim sənəd (index.html). 

Əgər biz *.html sənədimizdə (bloknotda) nə isə dəyişmişiksə, onda bu dəyişiklikləri Internet Explorer-də görmək üçün, IE-də (Internet Explorer) "Refresh" düyməsini sıxmaq lazımdır (Bu həmçinin başqa brouzerlərə də aiddir). Əgər dəyişikliklər görünmürsə, deməli ya siz hardasa düz yazmamısınız, ya da ki, sənədi yadda saxlamamısınız:) 

İndi baxaq görək bizdə nə alınıb və bunun necə alınmasını aydınlaşdıraq: