HTML

Freym yaratmağı öyrənirik (ardı)

Freym yaratmağı öyrənirik (ardı)

Bu dərsi biz kiçik bir fokusla başlayacayıq. "rows" atributunu "cols" ilə əvəz edin:


 

     

<html>
<head>
<title>Freymlərlə səyahət</title>
</head>
<frameset cols="100,150,*">
<frame src="logo.html">
<frame src="menu.html">
<frame src="content.html">
</frameset>
</html> Nümunə


 

Hə, nümunəyə baxın. Bir balaca hiyləgərlik, başqa heç nə :) 

Beləliklə, "cols" atributu bizim brauzerə freymlərin şaquli (sütunlarla) yerləşəcəyini bildirir. Deməli "cols" atributunun qiymətləri (cols="100,150,*") artıq freymin hündürlüyünü yox, enini təyin edir. Birinci freymin eni 100 piksel, ikincininki 150 pikseldir, üçüncü isə yerdə qalan məsafədə yerləşir.

Yeri gəlmişkən, biz göstərdiyimiz 4 variantdan birini də aldıq:

Gəlin yekuna yaxınlaşaq. Biz freymləri bir-birinə nisbətən üfiqi və şaquli vəziyyətdə yerləşdirə bilirik. Bunları biz yalnız <frameset> teqi, "cols" və "rows" atributlarının köməyi ilə edirik. Bunun başqa üsulu yoxdur. Bu atributları eyni vaxtda tətbiq etmək olmaz.

"rows" atributnun köməyi ilə biz freymləri üfiqi bölüb yerləşdiririk və hər bir freymə hündürlük ölçüsü veririk, "cols" atributnun köməyi ilə ise biz freymləri şaquli bölüb yerləşdiririk və hər bir freymə en olçüsü veririk.

Lap unutmuşdum, en və hündürlük təkcə piksellərlə verilmir, onlar faizlərlə də verilə bilər. 

<frameset cols="10%,15%,75%"> 

Yadda saxlayın ki, cəm 100%-ə bərabər olmalıdır.