HTML

HTML dildirmi? Teqlər

HTML dildirmi? Teqlər

<html>
<head>
<title>Menim ilk addimim</title>
</head>
<body>
Salam, bu menim ilk sehifemdir.
<br>
Xosh gelmisiniz :)
</body>
</html> Nümunə
 

Birincisi biz bilməliyik ki, HTML bizim indi öyrəndiyimizdir. İkincisi də bilməliyik ki, HTML proqramlaşdırma dili deyil, o, mətn sənədlərinin nişanlanması üçün nəzərdə tutulub (Yəni mətnin formatlaşması üçün). Sizin mətnin görünməsini nişanlar (tags və ya teqlər) təyin edir. 

Teqə nümunə: <br> (mətnin yeni sətrə keçirilməsi, "Enter" kimi). Sənədimizdə "Xosh gelmisiniz"dən sonra bir neçə <br> teqi yazıb yaddaşa verin. Sonra brouzerdə baxın görək nə alınacaq.

Yəni < və > arasında yazılanların hamısı teqdir. < > işarələrinin arasında yazılmayanların hamısi brouzerdə görünəcək. 

Bizim nümunədən görürük ki, teqlər çox və müxtəlifdir:). Şəklə fikir verin, o burada elə-belə deyil, o bizə əsas teqləri göstərir. 

<html> 

Bu teq sənədi açmalıdır. Əgər açılan teq varsa, onda onun bağlanan teqi də olmalıdır: 

</html> 

Beləliklə həmişə, susmaya görə bu belə olur. Bəzi teqlər (<br> teqi kimi) özündən sonra bağlanan teq tələb etmirlər. 

Yenidən bizim sənədə və şəklə qayıdaq.