HTML

IFrame nədir

IFrame nədir

Budur, artıq biz freymlər haqqında sonuncu dərsə gəlib çatdıq. Əslində biz freymlər haqqında bundan əvvəlkı dərsdə danışıb qurtardıq, bu dərsdə isə biz "IFrame" ("üzən" freym) haqqında danışacağıq. 

Beləliklə, "Iframe" nədir və o, adi freymdən nə ilə fərqlənir. IFrame - "üzən" və ya daxili freymdir. Siz yəqin ki, onunla müxtəlif saytlarda rastlaşmısınız. "Iframe" üçün ayrıca freym-sənəd yaratmaq və ona bizim səhifənin freym strukturunu yazmaq lazım deyil. "Iframe" bizə bir HTML sənədi başqa bir HTML sənədin içinə qoymağa imkan verir.

Bu belə görünür:

 


Gördüyünüz kimi, verilmiş ölçüdə, içində bizə lazım olan sənəd olan forma yaranır. Bu çox rahatdır, siz yəqin ki, hansısa saytda qeydiyyatdan keçəndə, qaydalarla tanış olarkən "üzən" freymlərlə rastlaşmısınız. Bu onun üçündür ki, siz başqa səhifəyə keçmədən qaydalarla rahat tanış olasınız.

"Üzən" freym bizim HTML sənədimizə <iframe></iframe> teqi vasitəsilə daxil olunur:

<IFRAME src="ancorpri.html" width="300" height="250" scrolling="auto" frameborder="1"></IFRAME>

"src" atributunda biz freymdə göstəriləcək sənədə olan yolu göstəririk.

"height" və "width" atributları daxili freymin enini və hündürlüyünü teyin edir.

"scrolling" atributu və onun qiyməti ilə biz artıq köhnə dərslərdən tanışıq. O bir neçə qiymət ala bilər: "no" - bu o deməkdir ki, ümumiyyətlə scrolling olmayacaq, "yes" - bu o deməkdir ki, scrolling həmişə görünəcək, "auto" - scrolling ancaq lazım olduqda meydana çıxacaq.

"frameborder" atributu daxili freymin sərhədlərinin görünüb-görünməməsini göstərir. Mümkün qiymətləri: 1 (görünsün) və 0 (görünməsin).

İstifadəçi daxili freymin sərhədlərini siçanın köməyi ilə uzada bilməz, ona görə də daxili freymdə "noresize" atributu yoxdur.

"Iframe" səhifənin içindəkilərə (mətnə, şəklə və s.) nəzərən düzlənə bilər.

"Iframe" tətbiq edərkən hansı problemlərlə üzləşə bilərik: O bir çox brauzerlər tərəfindən dəstəklənmir, əsasən köhnə brauzerlər onu dəstəkləyirlər. Ona görə də bu elementi saytınızın səhifəsində işlədərkən əvvəlcə düşünün, çox vacib deyilsə, işlətməyin.

Bununla da freymlər haqqında söhbətimizi bitiririk, amma sizə bunlarla kifayətlənməyib, HTML-in daha geniş imkanları ilə maraqlanmağı, onları öyrənməyi, HTML haqqında biliyinizi artırmağı tövsiyə edirəm.