HTML

Nömrələnmiş siyahılar

Nömrələnmiş siyahılar

Nömrələnmiş siyahılar <ol> teqi ilə yazılır:


 

     

<ol>
...
</ol>


 

Nömrələnməmiş siyahılarda olduğu kimi burda da <li> teqindən istifadə edirik:


 

     

<ol>
<li>1-ci mətn
<li>2-ci mətn
<li>3-cü mətn
<li>4-cü mətn
</ol>


 

Nəticədə alınacaq: 
 

  1. 1-ci mətn
  2. 2-ci mətn
  3. 3-cü mətn
  4. 4-cü mətn

Nömrələnmiş siyahılarda həmçinin "type" atributundan istifadə edə bilərik. Nömrələnmiş siyahılar üçün "type" atributunun növbəti qiymətləri var: 
 

1

Rəqəmlər

1, 2, 3, ...

a

Kiçik hərflər

a, b, c, ...

A

Böyük hərflər

A, B, C, ...

i

Kiçik rum rəqəmləri

i, ii, iii, ...

I

Böyük rum rəqəmləri

I, II, III, ...



Cədvəldən göründüyü kimi, "type" atributunun qiymətində registr nəzərə alınır.


 

     

<ol type="I">
<li>1-ci mətn
<li>2-ci mətn
<li>3-cü mətn
<li>4-cü mətn
</ol>


 

Alınacaq: 
 

  1. 1-ci mətn
  2. 2-ci mətn
  3. 3-cü mətn
  4. 4-cü mətn

Bununla da bizim nömrələnmiş siyahılarla tanışlığımız başa çatdı. Nömrələnmiş və nömrələnməmiş siyahılardan başqa hələ teyin olunmuş siyahılar da var. Amma biz onlar haqqında danışmayacağıq. Niyə? Çünki biz artıq sizinlə kifayət qədər məşğul olduq, siz indi sərbəst olaraq siyahıların bu tipləri ilə tanış olmalısınız. Hansı ki, bunlar sizin dostunuz olmalı, həmçinin kompüterinizdə saxlanılmalıdır. İnanın ki, siz istədiniz-istəmədiniz, bəzi şeyləri dəqiqləşdirmək üçün bu rəsmi sənədlə tanış olmağa məcbursunuz. Həm də mən sizin HTML ilə tanışlığınızın yalnız təməlini qoyuram, qalanı artıq sizin özünüzdən asılıdır.

Yeri gəlmişkən, bu rəsmi sənədin HTML standartı üzrə spesifikasiyası bu standartın yaradıcıları tərəfindəndir. Belə ki, W3C - The World Wide Web Consortium adlı təşkilat mövcuddur, hansı ki, web üçün müxtəlif standartlar tərtib edir. Bu təşkilatın artıq kifayət qədər yaşı var, hələ bundan sonra da çox yaşayacaq. Zənnimcə siz fikirləşmirsiniz ki, internet və onun texnologiyası göydən düşüb və öz-özünə inkişaf edir. Bütün bunlar insan ağlının və əlinin əməyidir, burda qeyri-adi heç nə yoxdur :).