HTML

Özün rənglə. Mətnin rəngini dəyişirik

Özün rənglə. Mətnin rəngini dəyişirik

Ən sadədən çətinə doğru gedək. Bu addımda biz rəngləməyi öyrənəcəyik:) Əvvəldə bizə palitra lazım olacaq (internetin bütün rəngləri - http://www.artlebedev.ru/tools/colors/). Palitranı özünüz üçün diskə yazmağı (File – Save as) unutmayın, o sizə gələcəkdə lazım olacaq.

Bu nə üçündür? Çunki HTML-də bütün rənglər bu üsulla yazılırlar. Məsələn, ağ rəng - ffffff. Bizim misaldakı səhifəyə qayıdaq. Gəlin "Xosh gelmisiniz" sözünü qırmızı rəngdə rəngləyək. 

<font color="#CC0000"> Xosh gelmisiniz :) </font>

"font" teqinin "color" atributu bu konteyner daxilindəki mətnin rəngini dəyişir. "color" atributu bu teqə məxsus deyil, o, həmçinin digər teqlərdə də istifadə edilə bilər. 

İndi "CC0000" əvəzinə rənglərin başqa kodlarını yazın. Fikir verin ki, rəng kodundan əvvəldə # işarəsi olmalıdır.

Əgər siz bizim dərslərdəki materiaları mənimsəmək istəyirsinizsə, burda verilən bütün nümunələri özünüz fərdi olaraq test edin. 

  

<html>
<head>
<title>Menim ilk addimim</title>
</head>
<body>
Salam, bu menim ilk sehifemdir.
<br>
<font color="#CC0000">Xosh gelmisiniz :) </font>
</body>
</html> Nümunə
 

<font></font> teqi çox funksiyalıdır. Onunla təkcə mətnin müəyyən hissəsinin rəngini yox, həmçinin mətnin rəngini və şriftini də (Arial) vermək olar. Bu haqda bir az sonra. 

Sənədin rəngini başqa cür necə dəyişmək olar? - açılan <body> teqini yada salaq: 

<body text="#336699"> 

Bu onu göstərir ki, bütün sənədin mətnlərinin rəngləri göy rəngdə olacaq, <font></font> teqinin arasında yazılanlardan başqa (əgər <body> teqində rəng verilməyibsə, onda susmaya görə sənədin mətni qara rəngdə olacaq). 
 

  
<html>
<head>
<title>Menim ilk addimim</title>
</head>
<body text="#336699">
Salam, bu menim ilk sehifemdir.
<br>
<font color="#CC0000"> Xosh gelmisiniz</font> :) 
</body>
</html> Nümunə

Mətnin rənglərini aydınlaşdırdıq, indi isə fon haqqında fikirləşək. Növbəti addıma keçin:)