Menu

Daxil olun Qeydiyyat

HTML

Səhifənin fonunun rəngini necə dəyişməli. Bir az rənglər haqqında

Səhifənin fonunun rəngini necə dəyişməli. Bir az rənglər haqqında

Bu addımda biz fonun rəngini dəyişməyi öyrənəcəyik və həmçinin bir az etika haqqında danışacağıq. 

Fonun rəngi artıq bizə məlum olan <body> teqində verilir: 

<body bgcolor="#000000"> 

Görünməsi üçün mən qara rəng seçdim, siz isə öz sənədinizi başqa rənglə də rəngləyə bilərsiniz (Əgər <body> teqində rəng yazılmayıbsa, onda standarta görə ağ rəng qəbul edilir. Lakin bəzən ağdan başqa digər rənglər də ola bilər, ona görə də "body" teqində fonun rəngini versəniz yaxşı olar. 

<html>
<head>
<title>Menim ilk addimim</title>
</head>
<body text="#336699" bgcolor="#000000">
Salam, bu menim ilk sehifemdir.
<br>
<font color="#CC0000"> Xosh gelmisiniz</font> :) 
</body>
</html> Nümunə
 

Fikir verin, biz eyni zamanda <body> teqində həm fonun rəngini, həm də mətnin rəngini verə bilərik. 

<body text="#336699" bgcolor="#000000"> 

Bu hissə ilə biz demək olar ki, qurtarmışıq, indi isə bir az rənglər haqqında danışaq. 

Hörmətli dostum, mən səndən fonun rənglərini açıq rəngdə verməməyi xahiş edirəm (sarı, qırmızı, narıncı və həmçinin qara fonda açıq mətnlə). Nə üçün? Bəli, sadəcə olaraq öz dostlarının və tanışlarının gözlərinə heyifin gəlsin. Həmçinin öz səhifəndə ayrı-ayrı fonların rənglərindən də istifadə etmə, bu da açıq rəng kimi diqqəti yayındırır və sənin məqaləni oxumağa mane olur. 

Fonun rəngi haqqında bu qədər, indi növbəti addıma keçək.


Bizi dəstəkləyənlər