HTML

Şəkil ilə nə etmək olar. Şəkil sənədin fonu kimi və s.

Şəkil ilə nə etmək olar. Şəkil sənədin fonu kimi və s.

Demək biz mətnlərin şəklin yanı ilə necə verilməsi sualını verdik. Belə ki, mətn bütünlüklə şəklin yanında olsun. Bu çox sadə üsulla verilir. Gəlin uyğunlaşmaq üçün istifadə edilən "align" atributunu yada salaq. "align" atrubutu şəkillərdə də mövcuddur: 

<img src="pr1.png" align="left"> 

Bu o deməkdir ki, şəkil ekranın sol tərəfində yerləşəcək, mətn isə sağ tərəfdə yerləşəcək. Əksinə etmək üçün (yəni şəkil solda, mətn isə sağda) isə onun yerinə "right" yazmaq lazımdır: 

<img src="pr1.png" align="right"> 

Bu hamısı deyil: Mətn şəklin aşağı hissəsində (bu susmaya görədir) - (1), mərkəzində - (2), və yuxarısında - (3) yerləşə bilər: 

(1) - <img src="pr1.png" align="bottom">
(2) - <img src="pr1.png" align="middle">
(3) - <img src="pr1.png" align="top">



<img> align atributundan başqa digər atributları da var: 

(1) - <img src="pr1.png" Vspace="10">
(2) - <img src="pr1.png" Hspace="30">
(3) - <img src="pr1.png" alt="menim sheklim">
(4) - <img src="pr1.png" width="100">
(5) - <img src="pr1.png" height="200">
(6) - <img src="pr1.png" border="5">



İndi isə yuxarıdakı bölmələri araşdıraq. 

1) "vspace" atributu - şəkil ilə mətn arasında məsafəni təyin edir (şaquli xətt üzrə). Məsafə piksel ilə verilir (pixel - təsvirin ək kiçik vahididir, nöqtədir. Məsələn, ekranın ölçüsü 800x600, 800-ün 600-ə olan nöqtələr). Bizim nümunədə məsafə 10 pikselə bərabərdir. 

2) "hspace" atributu - yenə də mətnlə şəkil arasında məsafəni təyin edir, lakin üfüqi xətt üzrə. Məsafə piksellərlə verilir, bizim nümunədə bu 30 pikselə (nöqtəyə) bərabərdir.

3) "alt" atributu - şəklin qısa adı. Əgər siçanı (mouse) şəklin üzərinə gətirsək və şəkil üzərində bir neçə saniyə saxlasaq, onda şəklin qısa adı görunəcək. Bizim nümunədə bu "Mənim şəklim" frazası olacaq. Əgər "alt" frazası olmazsa, onda heç nə yazılmayacaq. Lakin ağıllı adamlar deyir ki, şəkilə ad qoymaq lazımdır (əsasən də əgər bu düymədirsə), yəni ki, bəzi adamlar internetdə gəzərkən şəklin görünməsini yığırlar və əgər "alt" parametri olmazsa, onlar hansı düymənin lazımlı olduğunu bilmirlər.

4) "width" atributu - Şəklin özünün eni (piksellərlə). Əgər en verilməzsə, onda o susmaya görə şəklin öz ölçüsünə bərabər olacaq.

5) "height" xassəsi - Şəklin özünün hündürlüyü (yenə də piksellərlə). "width" xassəsindəki kimi burada da şəklin hündürlüyünü verməmək olar. Yenə də ağıllı adamlar deyirlər ki, şəkillərin enini və uzununu vermək lazımdır, yenə də həmin qrafikanı söndürən xüsusi adamlar üçün... 

6) "border" atributu - Şəklin özünün ətrafının çərçivəsi (piksellərdə). Verməsəniz də olar. 

Bütün atributlar eyni vaxtda bir-birinin ardı ilə verilə bilər, qarışıqlıqdan qaçmaq üçün bunları bizim nümunədə göstərirəm. Bizim şəkil üçün növbəti nümünəni göstərək: 

<img src="pr1.png" align="left" hspace=30 vspace=5 alt="Mənim şəklim"> 

Bizim şəkil ekranın sol tərəfində yerləşəcək, mətn isə sağ tərəfdə olacaq, mətnə məsafə üfüqi 30 piksel, şaquli isə 5 piksel olacaq (yaxşı görunməsi üçün). Əgər siz siçanı şəkil üzərinə gətirsəniz, onda oradan "Mənim şəklim" sözü çıxacaq.


 

     

<html>
<head>
<title>Menim ilk addimim</title>
</head>
<body text="#336699" bgcolor="#000000">
<div align="center">
<H3>Salam, bu menim ilk addimimdir.</H3>
<br>
<font color="#CC0000">Xosh gelmisiniz</font> :) </div>
<p align="justify">
<img src="primtocodephoto.gif" align="left" HSPACE=30 VSPACE=5 alt="menim sheklim">Men hele teze-teze virtual dunya ile tanish olmusham, lakin artiq ozume ev sehifesi duzeltmek isteyirem. Menim dostlarim ve tanishlarim menim shekillerime baxmaq ve menim haqqimda oxumaq uchun bura baxa bilerler, oz urek sozlerini qonaq kitabima yaza bilerler. Ola biler ki, kim ise tesadufen bu sehifeye daxil olsun ve<b> menim daha bir virtual dostum </b>artsin. :) <br><br> Shekilde men tesvir olunmusham. Sheklin keyfiyyeti chox da yaxshi deyil, teessuf, ona gore de menim uzume diqqetle baxmaq problem yaradir. Lakin yene de gorunur ki, men yaxshiyam. <br><br> Eger sen de bele fikirleshirsense, onda gel gorushek, bir az kafede chay icherik, danishariq:) Kim bilir, belke biz real heyatda dost olduq:)
</p> 
</body>
</html> Nümunə


 

Növbəti addıma keçməmişdən qabaq, o biri atributları də istifadə edin, bu atributlara ayrı-ayrı qiymətlər verin və görün nə alınacaq. Bu bölmə böyükdür və həmçinin çox da sadə deyil:) 

Biz mətni şəklin yanında necə düzgün yerləşdirməyi öyrəndik (+ digər lazımi artibutlar), lakin şəklin özünü ekranın mərkəzində (sağ, sol) yerləşdirməkdən danışmadıq. Burda hər şey çox sadədir, paraqlafları (<p></p>) və ya danışdığımız mətnin digər uyğunlaşdırma teqlərini yada salın, onlar təkcə mətni uyğunlaşdırmırlar (bizim nümunədə, şəkil paraqraf daxilində mətn kimi yerləşdirilib). 

Hə, şəkli fon eləmək haqqında danışmaq lap yadımdan çıxmışdı. Bu "body" teqinin açılan hissəsində yazılır:

<body text="#336699" bgcolor="#000000" background="sizin_fon.jpg">

"background" atributu fon şəklinin hansı qovluqda yerləşdiyini göstərir, bizim nümunədə bu göstərir ki, fon şəkli sənəd olan qovluqda yerləşib. 

"background" atributu olarkən nə üçün "bgcolor" atributunu saxlamaq lazımdır? Təsəvvür edin ki, əgər şəkil yüklənməzsə, onda nə olacaq. 

Əgər siz şəkillərin xassələrini kifayət qədər istifadə etmisinizsə, onda növbəti addıma keçə bilərsiniz.