HTML

Sənədin boşluqlarını necə yığmalı, topmargin, leftmargin, marginwidth, marginheight

Sənədin boşluqlarını necə yığmalı, topmargin, leftmargin, marginwidth, marginheight

Yəqin ki, pillə-pillə gəldikcə siz artıq başa düşmüsünüz ki, bəzi teqlər və atributlar bütün brauzerlər tərəfindən dəstəklənmirlər. Səbəbini axtarmayacağıq, çünki deməyə dözüm yoxdur. Hardan da olsun, şəxsən mən necə bilə bilərəm ki, brauzer istehsalçılarını nə məcbur edir ki, onlar öz spesifik teq və atributlarını icad edirlər. Həm də mənə məlum deyil niyə brauzerlər bəzi teqləri və atributları dəstəkləmirlər, hansı ki, ideya baxımından dəstəkləməlidirlər. Yaxşısı budur biz "body" teqinin bəzi spesifik atributlarından danişaq, hansı ki, sizə nə vaxtsa lazım ola bilər. 

Bir çoxları sayt yığarkən belə bir sualla qarşılaşırlar: Sənədin kənarlarındakı sahəni necə yığmaq olar? Nəyi nəzərdə tutduğumu dəqiq anlamaq üçün nümunəyə baxın və siz bizə tez-tez mane olan sahəni görəcəksiniz.

Xoşbəxtlikdən bizə lazım olan vaxt biz onu idarə edə bilərik: biz onu lazım gələrsə, böyüdə, ümumiyyətlə bizə lazım deyilsə, yox edə bilərik. Sənədin bu sahəsini itirmək üçün növbəti üsuldan istifadə edək:

<Body text="#000000" bgcolor="ffffff" topmargin="0" leftmargin="0">

"topmargin" - sənədin yuxarı sahəsinin enini təyin edir, "leftmargin" - sənədin sol sahəsinin enini təyin edir. Bu sahəni yığışdırmaq üçün biz bu qiyməti sıfıra bərabər edirik. İndi baxa bilərsiniz ki, bizdə nə alındı

Siz təəccüblənə bilərsiniz ki, bəs bu atributun özünəməxsusluğu nədədir? İş ondadır ki, "topmargin" və "leftmargin" atributlarını yalnız Internet Explorer dəstəkləyir. 

Amma məyus olmağa dəyməz, NN (Netscape Navigator) kənarda qalmır. Bu brouzerin "body" teqi üçün analoji spesifik atributları var: "marginheight" və "marginwidth". "marginheight" - "topmargin" teqinin, "marginwidth" isə - "leftmargin" teqinin analoqudur. 

İndi həm IE-də, həm də NN-də boş sahəni itirmək üçün bu atributları birlikdə "body" teqi üçün teyin edək.

<Body text="#000000" bgcolor="ffffff" topmargin="0" leftmargin="0" marginwidth="0" marginheight="0">

Belə olan surətdə həm IE-də hər şey yaxşı olacaq, həm də NN bizdən "inciməyəcək" və bəzi başqa brauzerlər də həmçinin :). 

Amma hələ növbəti dərsə keçməyə tələsməyin.

"topmargin" və "leftmargin" IE-də ancaq yuxarı və sol sahələri itirir. Sağ və aşağı sahələri yox etmək üçün "rightmargin" və "bottommargin" atributlarını "body" teqinə əlavə etmək lazım gələcək.

<Body text="#000000" bgcolor="ffffff" rightmargin="0" bottommargin="0" topmargin="0" leftmargin="0" marginwidth="0" marginheight="0">

Deməli, biz IE və NN-də boş sahələri yiğmağı öyrəndik. Bəs yerdə qalan brouzerlərdə?


 

     

<style type="text/css"><!--
body{margin:0px;padding:0px;}
--></style>


 

Bu anlaşılmaz kodu <head></head> teqləri arasına yerləşdirsəniz və boş sahə ilə olan problemi həll olunmuş saymaq olar.

Elə yubanmadan yuxarıda yazdığım kod barəsində yaranan suala cavab vermək istərdim. Bu nədir? Bu Kaskadlı Stillər Cədvəli - CSS-dir. Bu sizin sənədin xarici görünüşünü idarə etmək üçün əlavə vasitədir. Belə ki, onunla HTML-dən daha fərqli surətdə sənədə dizayn vermək olar. Sənədə CSS-in köməkliyi ilə stil vermək barədə biz başqa dərslərimizdə danışacağıq.