HTML

Siyahılar haqda. Nömrələnməmiş siyahılar

Siyahılar haqda. Nömrələnməmiş siyahılar

Dərsliyin əvvəlki versiyalarında mən "Siyahılar" mövzusuna dərsliyin lap əvvəllərində toxunmuşdum. Bu versiyada isə bəzi fəsillərdə yerdəyişmə etmişəm. Nəticədə mən qərara aldım ki, siz artıq HTML spesifikasiyasını normal anlayandan sonra siyahılar haqqında danışsam, daha məqsədəuyğun və düzgün olar.

Deməli, bir çox teqlər nəinki bizim səhifənin necə görünməsini təmin edir, onlar həm də sənədin strukturunu müəyyən edirlər. Başlıqları xatırlayaq, onlar təkcə bizim mətni yağlı şriftlə yazmırlar, başlıqlar istifadəçiyə sənədin quruluşu barədə bir çox informasiya verə bilər. Məsələn, sənədin mündəricatını tərtib etmək üçün. Belə çıxır ki, başlıqların mətni vizual seçməkdən daha geniş rolu var.

Eyni şeyi siyahılar haqqında da demək olar, onlar sənədin strukturunu təyin edirlər. Vizual siyahılar belə görünürlər:
 

  • Bir mətn
  • O biri mətn
  • Başqa mətn
  • Digər mətn

Bu "nömrələnməmiş siyahı" adlanır. Nömrələnməmiş siyahılardan başqa nömrələnmiş siyahılar da mövcuddur:
 

  1. 1-ci mətn
  2. 2-ci mətn
  3. 3-cü mətn
  4. 4-cü mətn

Müxtəlif tipli siyahılar eyni zamanda, bir yerdə işlənə bilər. Nömrələnməmiş siyahılar <ul> teqi ilə qurulurlar:


 

     

<ul>
...
</ul>


 

Siyahının elementlerini (1-ci mətn, 2-ci mətn...) daxil etmək üçün bizim konstruksiyamıza <li> teqini (bağlanan teq teleb etmir) yazmaq lazımdır:


 

     

<ul>
<li>Bir mətn
<li>O biri mətn
<li>Başqa mətn
<li>Digər mətn
</ul>


 

Nəticədə görün nə alınacaq:
 

  • Bir mətn
  • O biri mətn
  • Başqa mətn
  • Digər mətn

<li> teqinin "type" atributu var. O, siyahının elementinin stilini teyin edir. Məsələn: 
 

  • 1) Susmaya görə
  • 2) Girdə
  • 3) Kvadrat

1-ci halda: <li type="disk">
2-ci halda: <li type="circle">
3-cü halda: <li type="square">

"type" atributu siyahı elementi olan <li> teqi üçün ayrı-ayrılıqda teyin olunmaya da bilər. Onu bütün siyahı üçün teyin etməyin üsulu belədir:


 

     

<ul type="square">
<li>Bir mətn
<li>O biri mətn
<li>Başqa mətn
<li>Digər mətn
</ul>


 

Tez-tez nömrələnməmiş siyahılar üçün nəzərdə tutulmuş <ul></ul> teqi koderlər tərəfindən standart olmayan qaydada işlənir. Məsələn, boşluq (tabulyasiya) yaratmaq üçün. Əgər siz metn redaktorlarından (məsələn, Word) istifadə etmisinizsə, onda tabulyasiyanın nə olduğunu yəqin ki, bilirsiniz. Siz mətn redaktorunda "Tab" düyməsinə basdıqda bütün mətn, deyək ki, sağa tərəf hərəkət edir. Eyni şeyi biz HTML-də də işlədə bilərik: 

<ul>Sizin mətn</ul>

Gördüyünüz halda biz <li> teqini işlətmədik və siyahı elementlərini yazmadıq. Dediyim kimi, <ul></ul> teqinin bu cür tətbiqi standart deyil, deməli həm də məsləhətli deyil. Amma əgər bu sizə çox lazımdırsa, mən fikirləşirəm ki, <ul> teqini belə tətbiq etmək elə də qorxulu deyil. Hər halda bu bütün brauzerlərdə normal görünəcək, həm də sizi sənəddə artıq cədvəllər işlətməkdən xilas edəcək. Boşluğun (tabulyasiya) böyük olması üçün <ul> teqini iç-içə artırmaq lazımdır: 

<ul><ul>İki boşluq</ul></ul>
<ul><ul><ul>Üç boşluq</ul></ul></ul>


Bununla da biz nömrələnməmiş siyahılar haqqında söhbətimizi bitirdik, indi də nömrələnmiş siyahılardan danışaq, amma növbəti dərsdə.